Yorğunluğunu at!

0
2305
Yorğunluğunu at!

 Kimə baxsan yorğundur. Kimisi fiziki yorğunluq yaşayır, kimisi problemlərdən yorulur, kimisi isə, işdəki gərginlikdən... Bir sözlə, yorğunluq bu gün hər kəsin şikayət etdiyi ən böyük problemlərdən biridir. Psixoloqlar deyir ki, iş yorğunluğu, şəhər həyatı, fəsil dəyişkənliyi, müxtəlif xəstəliklər, depressiya, stress və. s insan orqanizminin yorğunluğuna səbəb olan amillərdir. Müəyyən müddətdən sonra bu xroniki yorğunluğa gətirib çıxara bilər. Bunlar xüsusilə qadınlara mənfi təsir edir.


Bəzən bu yorğunluq qan azlığı, infeksion, qaraciyər, ürək və böyrək çatışmazlığı, vitamin-mineral əksikliyi, xərçəng kimi xəstəliklərin ilk işarələrindən biri ola bilər.

Yorğunluğun başlıca səbəbi isə dəmir çatışmazlığına bağlı olan qan azlığıdır. Bunun qarşısını almaq üçün həftənin müəyyən günlərində dəmirlə bol olan yumurta yemək məsləhətdir. Həftədə 2-3 dəfə qırmızı ət, yanında C vitamini atıran meyvə tərəvəz yeməyə çalışın.

Meyvə qurularında, çərəzlərdə də dəmir yüksək olduğu üçün ara yeməklərdə onların qəbulu məsləhətdir. Tünd çay dəmirin sovrulmasını azaldır. Bunun üçün yeməkdən sonra çay içmək məsləhət deyil.

Yorğunluğu azaltmaq üçün bunlara diqqət edilməlidir:

1. Yemək vaxtlarını ötürməməyə çalışın
2. Az və tez-tez yeyin
3. Taxıl, ağ buğda unundan hazırlanmış bişmələr yerinə, çovdarlı, kəpək, yulaflı qidalara üstünlük verin.
4. Gün ərzində 8-10 stəkan su içməyə çalışın
5. İdman edəndən sonra çox tərləyirsinizsə, təzə meyvə şirəsi için
6. Yağlı yeməklərdən mümkün olduğu qədər uzaq durun
7. Xüsusilə axşam yeməyinin tərəvəzdən olmasına çalışın
8. Spirtli içkidən istifadəni maksimum azaldın
9. Qızartma əvəzinə sobada bişən, soyutma yeməklərə üstünlük verin
10. Özünüzü yorğun hiss edəndə banan, çiyələk və ya kivi qəbul edin

ŞƏRH YAZIN