Reiki Öyrənmək İstəyirəm

0
2135
Reiki Öyrənmək İstəyirəm

Bədənimizdəki sistemlərin hamısı bir-biri ilə sıx əlaqədardır. Əgər bunlardan birində problem yaranarsa, bu,digər sistemlərə də təsir edər. Bədənimizin hər hansı bir nöqtəsindəki problem, digər hər hansı bir nöqtədə xəstəliyə və narahatçılığa səbəb olar. Əgər enerji sistemimizdə problem yaranarsa, bu, həm zehni, həm də fiziki səviyyədə problemlərə yol açar. Reiki, bədəndəki sağlamlığın və tarazlığın tənzimlənməsi üçün faktor rolunu oynayır. Biz öz zehnimizi mikroskop altına qoya bilmədiyimiz üçün, hüceyrələrimizi mikroskop altına qoyub baxırıq. Yalnız bədən üzərinə fokuslanıb, zehin-bədən vəhdətini nəzərə almırıq. Halbuki, bədən və zehin arasındakı əlaqə elə inteqrasiya olunmuşdur ki, emosional ya da psixoloji səbəbləri olmayacaq heç bir xəstəlik yoxdur. Reiki, bu zaman bizə qəlbimizlə düşünmənin yollarını açır. 

Kainatda hər bir şey hərəkət edir. Hər şeyin özünəməxsus bir hərəkət sürəti vardır. Ətrafımızda hərəkət sürəti bizim hərəkət sürətimizdən zəif və sürətli hərəkət edən cisimlər vardır. Bu hərəkətlər bədənimizə müsbət və ya mənfi təsirlər göstərir. Mənfi təsir zamanı, bədənimizdə xəstəliklər yaranmağa başlayır. Reiki zamanı xəstənin hərəkət sürəti qaydasına düşür.
 
Yaşamaq enerjisi insana doğumla birlikdə verilir. Əgər yaşamaq enerjisi zəifdirsə, xəstəliklərə daha davamsız olacaqsınız. Kifayət qədər enerjiniz yoxdursa, fiziki və emosional tükənmə yaşayacaqsınız, normal vəziyyətinizdən daha əsəbi və stresli olacaqsınız. Enerjiniz yüksək olduğunda, daha az xəstələnərsiniz və sağlamlığınızı uzun müddət qoruya bilərsiniz. Reiki, daha çox həyat enerjinizi istifadə etmənizi təmin edən təbii və sadə bir üsuldur.   
 
 
 
 
Korrektor:Əhmədova Sevinc
 

ŞƏRH YAZIN