Uğur Nədir?

0
3848
Uğur Nədir?

Universal enerji fasiləsiz olaraq insan bədənində axar və hüceyrələrimizi, orqanlarımızı qidalandırar, təzələyər, gücləndirər. Bu enerjinin axımında problemlər meydana gələrsə, bəzi xəstəliklər yaranar. Mənfi düşüncə və duyğular enerjinin axımında problemlər yaradar. Bu problemlər əvvəlcə bədənimizdə, sonra da ruhumuzda meydana çıxar. 

Zehni və emosional sıxıntıların bir çox fiziki xəstəliklərə səbəb olduğu,artıq ənənəvi tibb tərəfindən də qəbul edilir. Bütün varlıqlar enerjidən ibarətdir. Düşüncə və duyğularımızda enerji tutulmaları baş verərsə, bədənimizdə enerji axını pozular. Bu pozğunluqlar həyat enerjisinin balanslı axışına mane olar və xəstəliklərin yaranmasına gətirib çıxarar. 
 
Reiki əsnasında, bədənin enerji kanallarında olan düyünlər açılar və normal enerji axımı baş verər. Bu da toxumalara,orqanlara müsbət təsir edər. Enerji axınımız artdıqca, biz də mənfi düçüncə və duyğulardan azad olarıq. Ruhi, zehni və emosional streslərdən azad olduqca, fiziki xəstəliklərdən də azad olarıq. Reiki bədənimizin özünü yaxşılaşdırma qabiliyyətini gücləndirər. 
 
Reikini öyrənmək ya da tətbiq etmək üçün xəstə olmaq lazım deyil. Reiki, sağlamlığın qorunmasında, immunitet sisteminin güclənməsində, ruhi və zehni gümrahlığın yaradılmasında da istifadə olunur.
 
Reiki, bugün, dünyada minlərlə insan tərəfindən tətbiq olunur. 
 
 
 
 
Korrektor:Əhmədova Sevinc
 

ŞƏRH YAZIN