Reiki Ustadı

0
2285
Reiki Ustadı

Havayo Takata, Amerikada və Kanadada iyirmi iki usta yetişdirdikdən sonra, 11 dekabr 1980-ci ildə həyata gözlərini yumdu. Nəvəsi – Phyllis Lei Furumoto, qərbin dördüncü reiki ustadı oldu. Phyllis hələ kiçik qız ikən, reiki müalicələri əsnasında nənəsinə kömək edərdi. Reiki, həyatının bir parçası idi. Əslində, Takata ilə kiçik yaşlarından çox yaxın olması, gələcək zamanlarda böyük reiki ustadı olmaq yolunda atılmış bir addım idi. Phyllis, böyüdükcə iş həyatı baxımında normal bir həyata davam etməyə başladı. Takata, ona davamlı olaraq Reiki işlərindən söhbət etsə də, Phyllis 30 yaşına qədər nənəsi ilə səfərə gedib, Reikini tətbiq etməyi qəbul etmədi. 

Bu qərarı almaq, Phyllisin həyatında bir dönüş nöqtəsi oldu. Nənəsi və iki həmkarı ilə saatlarla Reiki tətbiq edib, bu mövzunu müzakirə etdilər. Bəzi vaxtlarda həyata baxış bucaqları və reikinin tətbiqi mövzusunda mübahisə etdilər. Bir-birlərindən bir şeylər öyrənmələri Takatanın ölümündən bir müddət sonra da davam etdi. Phyllis, nənəsinin güclü varlığını bir çox zaman yanında hiss edirdi. Bir reiki ustası olaraq yaşadıqları fərqliliklər, etdiyi müzakirələr, özünü kəşf etmək üçün bir qaynaq oldu və Phyllisin özünə inamını artırdı. Sonra o böyük reiki ustadı olmaq üçün öz düşüncələrinə inanmalı olduğunu qavradı.
 
 
 
Korrektor:Əhmədova Sevinc
 

ŞƏRH YAZIN