Avtomobil Üçün Sürət Şərtdir!

0
1955
Avtomobil Üçün Sürət Şərtdir!

Son zamanlarda avtomobil sektorunda diqqət çəkən və sürət ünsürünü ön plana çıxaran reklam kompaniyalarına tez-tez rast gəlirik.

Belə olduğu üçün avtomobil markaları da marketinq strategiyalarını bu fəlsəfə əsasında irəli sürür. Məsələn, Mercedes maşını öz sürətini göstərmək üçün çox xoş bir outdoor çalışmasını hazırlamışdı. Çünki, Mercedes park halında olduğu zaman belə sürətli idi.

Ötən həftə də “Toyota”nın 2006-cı ildəki reklamını təqdim etmişdik. Baxın, bu dəfə qarşımıza necə bir afişa çıxdı.

Əslində il baxışdan çox şey ifadə etmədiyi anlaşılsa da, amma bir az düşündüyümüz zaman afişanın necə bir yaradıcılıqla hazırlandığı aydın görünür.

Reklamda  kiçik bir uşaqdan atasının avtomobilinin təsviri istənildiyi zaman uşağın mesajı çox dəqiq olmuşdur:

Atam “Seat”la evin qarşısından o qədər sürətlə keçir ki, yalnız avtomobilin qırmızı rəngdə olduğunu görə bilirəm.

 

Tərcümə etdi: Nəzrin Məmmədova

ŞƏRH YAZIN