Microsoft Yeni Sistemini Necə Təqdim Etdi.

0
977
Microsoft Yeni Sistemini Necə Təqdim Etdi.

“Microsoft”un axtarış sistemi olan Bing,Google Maps xidmətini təqdim etməyə hazırlaşarkən,xidməti səssiz-sədasız təqdim etmək əvəzinə,çox önəmli bir işə imza atır.Kompaniyanın adı “Decode Jay-Z with Bing”dir.

Həmin vaxtda ilk olaraq öz avtobioqrafiyafiyasını təqdim edən Jay-Z ilə Microsoft razılığa gəlir.Bundan sonra kitabın hər səhifəsini  ona uyğun bir mövzu ilə əlaqələndirərək,Amerikanın müxtəlif yerlərindəki “Billboard”lara,üzmə hovuzlarına,avtomobillərin üzərinə,yəni ağlımıza gələ biləcək hər yerə yapışdırır.

Bundan sonra bütün bu cür təqdimatlarda eyni vaxtda bing.decodejayz.com ünvanında canlı bir oyun irəli sürüldü.Bu oyunun məqsədi “Bing”in yeni xidməti olan “Bing Maps”dən istifadə edərək, Jay.Z-nin avtobioqrafiyasının bütün səhifələrini tapıb şəkillərlə birlikdə kitabı tamamlamaqdır.

Eyni zamanda Twetter,Facebook və radiolardan gündəlik olaraq,səhifələrin şəhərin harasında olduğuna dair yeni ip ucları təqdim edən Bing bu işi daha da asanlaşdıraraq,daha çox seqmentin marağını çəkməyə çalışır.

Nəticə olaraq,bu kompaniyanın sonunda Bing və Jay.Z inanılmaz göstəricilər əldə edir.

1.Jay.Z-nin Facebook heyranlarının sayı 1 milyondan çox artım göstərdi.

2.Jay.Z-nin “Decode” kitabı ən çox satılanlar arasında yer aldı.

3.Kompaniya bir çox sayta və xəbər proqramlarına mövzu oldu.

4.Bing üzrə istifadəçi  sayı 10%-dən çox artım göstərdi.

5.Bing ilk dəfə dünyanın ən çox istifadə edilən 10 internet  saytı arasında yer tutdu.

Cəmi 1,1 milyard izlənmə göstəricisi əldə etdi.

Bing Maps ilə Jay.Z-nin həyatını kəşf et!

 

 

Tərcümə etdi:Nəzrin Məmmədova

 

ŞƏRH YAZIN