Beyindən Beyinə Satış

0
2960
Beyindən Beyinə Satış

Ən yaxşı investisiya insanın öz beyninə yəni fərdi inkişafına etməsi və öz potensialını kəşf etməsidir.

Beyindən beyinə satış mövzusunun təməlində satışın beyni razı etmə üzərinə fokuslanmasına ehtiyac var.

Çox insan alış-veriş və ya satın alma qərarının şüurlu alındığını düşünür. Amma həqiqət belə deyil. Satın alma qərarılarını çox zaman şüuraltı proseslərin təsiri idarə edir. Bunlardan biri də duyğulardır. Duyğulara təsir göstərən bir satıcı və ya reklam roliki, məntiqli qərarların qarşısını ala bilər. Bu mənada, mövzuyla əlaqədar maraqlı bir nümunə tapdığımda dərhal oxucularla paylaşmaq istəyirəm.

Bir restoran reklamı:

Niyə gedərsən?

Ürəyin istəyər, ay işıq saçdığı üçün gedərsən.

Səhəri gün istirahət günün olarsa gedərsən.

Dostların çağırar, heç planlamadığın halda gedərsən.

Dinləmək üçün gedərsən.

Dincəlmək üçün gedərsən.

Bəzən sadəcə susmaq üçün gedərsən.

O, orda olduğu üçün gedərsən,

Ya da o, çox uzaqlarda olduğu üçün gedərsən.

İlk maaşını alib gedərsən,

Vəzifədə yüksələrsən gedərsən

Ya da istefa verib yenə gedərsən.

Ata olanda gedərsən,

Atanı xatirlayıb gedərsən.

Quşlar uçar, çiçəklər açar, bahar gələr gedərsən

Uşaqlığınızdan həyətinizdə bitən ağac quruyar, yenə gedərsən

Bəxtin gətirər, əlinə hardansa küllu miqdarda pul keçər yenə durub gedərsən.

Ya da cibində qalan son pulunla gedərsən

Nece söyləyib şair :

Pis bir şey olubsa unutmaq;

Yaxşı bir şey olubsa qeyd etmək.

Və heç bir şey olmayıbsa əgər,

Yeniliklər olsun deyə gedərsən.

Bəzən yalnız inkişaf, bəzən yaradıcı düşünə bilmək, bəzən biznesinizi inkişaf etdirmək və bir təlim almaq üçün də NLP centerə getməyi istəyə bilərsiniz. 

ŞƏRH YAZIN