Bəzən Reklam Anti Reklam Çevrilə Bilir

0
3191
Bəzən Reklam Anti Reklam Çevrilə Bilir

1992-də Pepsi Filippində reklam kampaniyası keçirir. Sloqan belə idi — Siz bu gün milyonçu ola bilərsiniz. Kampaniya sadə idi – hər həftə xoşbəxt rəqəm elan olunurdu, bu rəqəmi qapağın içərisindən tapan milyon pesso qazanırdı. Bu təxminən 40 min dollar idi. Kasıb ölkə vətəndaşı üçün bir sərvət idi.

25 mayda qəzetlər növbəti xoşbəxt rəqəmi elan edirlər — 349 
Texniki səhv baş verir, belə ki 349 rəqəmli qapaqlardan 800 000 ədəd istehsal edilibmiş. Pepsi 32 milyard dolları ödəməkdən imtina edir.
On minlərlə «qalib» küçə etirazlarına başlayır. Kola Müharibəsi. Pepsinin 32 maşını yandırılır. Adamlar pepsi ofislərinə hücum edirlər. İdarə heyətinə təzyiq dolu yazılar gəlir. Bütün şirkət işçiləri şəhəri tərk edir. Ofisdə yalnız 3 nəfər qalır, 2 yerli işçi və Beyrutda iş təcrübəsi olan bir nəfər. 
Maraqlıdır ki, Pepsiyə qarşı müharibə ilk dəfə idi ki ordunu və kommunistləri birləşdiri. Pepsi məhkəmələrdən sonra hər bir qalibə cəmi 10-20 dollar pul ödəyir.
Pepsi bu kampaniyaya 2 milyon dollar ayırmışdı, sonda 20 milyona yaxın xərcləri çıxır. Xoş «niyyət» hərdən belə də nəticələnir.

ŞƏRH YAZIN