Marketinq Ünsiyyətinin Ən Vacib Və Sadə Şərtləri

0
2064
Marketinq Ünsiyyətinin Ən Vacib Və Sadə Şərtləri

Son bir neçə ayda “Doritos” reklamları bizdə şüuraltı bir iz buraxmağa başladı. Xüsusilə Doritos Akademiya adını verdikləri layihə ilə qurduqları xəyali simvol, təşkil etdikləri ictimai media fəaliyyətləri, verdikləri hədiyyələr və bu kimi bir çox fəaliyyətlər bütöv bir marketinq ünsiyyətinin necə tənzimlənməli olduğunu bizə göstərdi.

1964-cü ildə ABŞ-da qurulan bu marka son dövrlərdə Türkiyədə ən yaxşı və öndə gedən markalardandır. Yaxşı, bəs bunu necə bacardı?

İlk öncə hədəf kütlə olan 18-24 yaş arası gənclərin nə etdiklərini, necə yaşadıqlarını, nələr gördüyünü yaxşıca araşdırdılar. Bəlkə də elə uğurlarının ən böyük və əhəmiyyətli sirri bu idi.

Daha sonra həmin məlumatları nəzərdə tutulan marketinq strategiyasına tətbiq etməyə başladım. Bu mühitin başında təbii ki, ictimai media var idi. Hərəkətə keçdikləri oktyabr ayından bu yana Doritosa göstərilən maraq artmışdı. Ənənəvi media ilə ictimai media tamamilə bir-birinə bağlandı. Bu Türkiyədə indiyə qədər çox az istifadə edilmiş bir strategiya idi.

Davamlı olaraq, Facebook və Twitter kompaniyaları təşkil etdilər, on minlərlə hədiyyə payladılar. Həm yeni çıxan “Fritos”un bazarda hansı yerə sahib olduğunu Facebook və Twitter vasitəsi ilə yüz minlərlə adama çatdırdılar. Son nəticələrə əsasən Doritos Akademiyanın ”Facebook”dakı  heyranlarının sayı 290000-i keçib.

Son zamanlarda bu qədər uğurlu bir marketinq görməmişdik. Gələcəkdə nələr ediləcək, necə bir inkişaf olacaq… Bunu söyləmək hər nə qədər çətin olsa belə, Doritos indiyə kimi çox gözəl bir işin öhtəsindən gəldi.

 

Tərcümə etdi: Məmmədova Nəzrin

ŞƏRH YAZIN