Aşağı Sərmayəli İş Fikirləri

0
2465
Aşağı Sərmayəli İş Fikirləri

Budur, sizin üçün hazırladığımız 10 ədəd aşağı sərmayəli iş fikirləri.

Bəziləri digərlərinə görə daha gəlirli və daha çox çalışmağa vadar edir. Ancaq hansı işə başlamağı düşünsəniz düşünün, əsas olan öz bacarıq və biliyinizə uyğun olanı 
seçməyinizdir. Əks halda rəqibləriniz bu yarışda sizi sıradan çıxaracaqlar.

Bu növ yola çıxmamışdan öncə hər zaman bir iş planı hazırlamağınız lazımdır. Bu sayədə ilk altı aylıq gözlənilən satışları və qazancları görə bilər və ona görə mübarizə apara
bilərsiniz. Unutmayın müəssisələrin çoxu ilk illərində uğursuz olur. 

Aşağıda sadalanan aşağı sərmayəli və gəlirli işlər sizin üçün uyğundurmu incələyin.

1-Kuryerlik.
Xüsusilə yaşlı xalalar üçün kuryerlik xidməti göstərə bilərsiniz. Bazar və market alışverişləri üçün kiçik elektrikli bir motosklitetinizin olması besdir. Sadəcə kuryerlik edərək
ayda ortalama 700 manat gəlir əldə edə bilərsiniz. 

2-Qəhvə dükanı.
Starbucks və ya Qəhvə Dünyası kimi öz dükanınızı aça bilərsiniz. Başlanğıc üçün ən yaşxı yol, içərisində qəhvə hazırlaya biləcəyiniz, kiçik ölçülü bir kamyon tipli maşın 
almaqdır. İnsanların işlərinə gedərkən ən çox istifadə etdikləri dayanacaqlarda dura bilərsiniz (icazə alaraq).Əgər bir qəhvə dükanı işlətmək istəyirsinizsə, təbii ki,
işlətmə sənədlərinə və icazələrə ehtiyacınız olacaqdır. Bu yolu seçəcəksinizsə özünüzü şəhərin insan çox olan bölgəsində göstərin. Xərclər satış yerinizə görə fərqlilik göstərəcəkdir. 

3-Maşınyuma
Köhnə qarajların olduğu yerlərdə və avtoparkların girişlərində avtoyuma  müəssisələri vardır. Başlanğıc mailiyyətləri aşağı olur, çünki sadəcə boş bir ərazi kirayələməniz, 
su ilə təmin etməniz və yuyucu vasitələri almalı olacaqsınız. Həm də işinizi qura bilmək üçün icazə kağızı almanız lazım gələcəkdir. Amma olduqca az sərmayə lazım olacaqdır.

4-Ev yeməkləri hazırlamaq.
Evinizdən və ya kiçik bir dükandan yemək işinizi davam etdirə bilərsiniz. İnsanların çoxu doğum günləri kimi süsusi günlərdə yemək hazırlama xidmətlərindən istifadə edərlər.
Tortlar, kekslər, pizzalar hazırlayıb sata bilərsiniz. Sərmayəsiz iş fikirləri arasında olduqca populyar bir iş olmaqla bərabər, gəliri də aylıq 1000 manata yaxındır.

5-İnternetdə iş qurmaq.
Evdən çalışmaq yəqinki hər kəsin arzusudur. Əgər müəyyən sahə üzrə biliyiniz varsa online satışa başlaya bilər və ya internet işinə başlayaraq reklam gəlirləri əldə edə
bilərsiniz. Əlinizdə yetərli sərmayəniz yoxdursa blog yazmağa başlaya bilərsiniz. Müştəriləri səhifənizə necə cəlb edəcəyinizi və online olaraq reklamınızı necə quracağınızı
bilməniz lazımdır. İnternet işlətməsinə sahib ən yaxşı tərəfi giriş qiymətlərinin aşağı olmasıdır. Ehtiyacınız olan tək şey bir web saytı və satılacaq məhsullardır. Təbii ki online
ödəmələr etməyiniz lazım gələcəkdir, amma PayPal`ın hazırlıq xərci yoxdur, bu səbəblə sizə bu mövzuda köməkçi olacaqdır. Blog açmaq sərmayəsiz iş fikirləri arasında olmasına
qarşı gələcəkdə çox gəlirli ola bilir və qazancınızın bir sərhəddi olmamaqdadır. 

6-Bağbanlıq.
Qış aylarından başqa bir çox insan bağbanlıq xidmətinə ehtiyac duyar. Bu sadəcə otların biçilməsi üçün də ola bilər, bağçaının təmizlənməsi və yaxud ağacların kəsilməsi. 
Əgər işləri özünüz idarə edəcəksinizsə başlanğıc mailiyyətləri aşağı olacaqdır. Yarpaqların təmizlənməsi və qış mövsümündə öləcək olan bitkilərin budaqlanması üçün payız
mövsümü uyğun bir zamandır. Qapı-qapı gəzərək, və ya bölgənizdəki yerlərə kartvizitlər paylayaraq iş ala bilərsiniz. Bu xidmətə ən çox ehtiyacı olanlar bağçalı böyük evləri
olan insanlardır.

7-Fast food.
Gecələr gec saatlarda acan insanlar üçün əsas küçələrdə və ya əsas küçələrə yaxın yerlərdə fast food xidməti göstərə bilər və ya evlərinə göndərə bilərsiniz. Olduqca çətin
bir rəqabət vardır. Amma çətin iqtisadi vaxtlarda belə insanlar pizza sifariş verməyə və ya digər öncədən hazırlanmış yeməklərə görə daha ucuz olan dönər sifariş verməyə davam 
edirlər. Digər işlətmə növlərinə görə çox aşağı sərmayəli bir işdir. Dükan əvəzinə, bişirmə alətlərinə və personala ehtiyacınız olacaqdır.

8-Küçə pulovçusu
Son zamanlarda bəlkəö də ən məşhur olan ticari sahələrədən biri küçə pulovçularıdır. Əsas qatqılar olduqca uyğun bir qiymətə alına bilər və başqa bir xərc yoxdur. Bu cür
satıcılar əsas küçələrə və ya günorta saatlarında uyğun qiymətə atışdırmalıq nələrsə yemək istəyən insanların olduğu ərazilərə yaxın olduqlarında çox yaxşı qazanc əldə edərlər. 
Sərmayəsiz iş qurmaq istəyənlər üçün olduqca gözəl bir fikirdir. 

9-Əşya daşıma.
İnsanlar bu günlərdə çox daşınmasalar da eynilə kuryer firmaları kimi ev və işyeri ünvanlarına paket təslim edə bilərsiniz. Başlamaq üçün tək ehtiyacınız olan şey işinizi 
görəcək maşınınızın olmasıdır. Ətrafınızdakı digər müəssisələrdən iş alaraq nəqliyyat firmalarından daha uyğun qiymətə daşıma işlərini görə bilərsiniz. Bu iş ağızdan-ağıza 
bazarlama yoluyla irəliləyər və hər zaman ehtiyac duyulan bir işdir. 

10-Mühasibatçılıq və s. xidmətlər.
Mühasibatçılıq, bazarlama və ya hüquqşünas kimi professional xüsusiyyətləriniz ola bilər. Bu xidmətləri evinizin rahatlığında təqdim edərək pul qazana bilərsiniz. 

Bu iş fikirləri yüzlərcə aşağı sərmayəli iş fikirlərindən sadəcə bir neçəsidir. Bunları çoxaltmağınız sizin əlinizdədir. Ətrafınıza fikir verin və ehtiyacları fərq edin. Ümid edirik ki,
sadaladığımız iş fikriləri sizi düşünməyə vadar etmişdir və əön qısa zamanda öz işinizi qurarsınız.


Tərcümə eədn: Yəhyalı Cəlalə

ŞƏRH YAZIN