Daimi müştəri qazanmağın 9 yolu

0
2588
Daimi müştəri qazanmağın 9 yolu

Müştərilərinizin sizin haqqınızda xoş sözlər demələri hər zaman, ikinci dəfə sizin məhsullarınızdan almaq üçün təkrar sizə müraciət edəcəkləri mənasını daşımır. Çünkü, bir daha onların diqqətini çəkmək üçün düşündüyünüzdən daha artıq cəhd göstərmək lazımdır.

Şirkətlər çox vaxt diqqətlərini birbaşa yeni müştərilərin qazanılmasına yönəltsələr də, mövcud müştərilərlə əlaqələri gücləndirmək, yeni müştəri qazanmaqdan daha çox əhəmiyyət kəsb edir. Aparılan tədqiqatlara görə, müştəriləri əldə saxlama qabiliyyətinizi 5% artırdıqda, qazancınızı da 25% artıracaqsınız.
 
Daimi müştərilər hər zaman şirkətlər üçün birinci dərəcəli əhəmiyyətə malikdirlər. Hətta, sosial mediyanın sayəsində bu insanlar, şirkətlərin online elçisi ya da təmsilçisi seçilə bilirlər. Çünkü, sadiq bir müştəri, sadəcə aldığı məhsul ya da xidmətin müqabilində pul ödəmir, həmçinin məhsul ya da xidmətlərinizdən başqa insanları da xəbərdar edir.
 
Əlbəttə, müştərilər gəlib gedəcəklər və çox böyük ehtimalla gedənlər, sizi nə üçün tərk etdikləri barədə hər hansı bir ipucu verməyəcəklər. Buna görə də, yeni müştərilər qazanmaq üçün çəkdiyiniz xərclərin kifayət etdiyindən və müştəriləri qazandıqdan sonra da, əlinizdə saxlamaq üçün yetərincə diqqət göstərdiyinizdən əmin olmalısınız.
 
Qazandığınız müştərinin, daimi müştəriniz olmasını istəyirsinizsə, indi sizə təqdim edəcəyimiz 9 yolu nəzərdən qaçırmayın:
 
1. Əlaqə saxlayın.
Satışdan dərhal sonra, bütün enerjinizi bir sonrakı satışa yönəltməkdənsə, imkanlarınızın bir qismini müştərilərinizlə əlaqə saxlamaq üçün ayırın. Sosial mediyada aktiv olmaq, müştərilərinizə xüsusi kompaniyalar təqdim etmək və e-mail büllletenləri kimi sadə əlaqə vasitələrindən istifadə etmək işinizi asanlaşdıracaqdır. Fəqət, müştərilərinizlə əlaqə saxlamaqla, onları narahat etmək arasındakı incə məqamı da nəzərdən qaçırmayın. 
 
2. Sizi unutduqlarını fərz edin.
Bir nəfər, bir dəfə müştəriniz ola bilər, ancaq bu, gələn dəfə məhsul ya da xidmətə ehtiyac duyduqda ilk növbədə sizi xatırlaycağına zəmanət verməz. Hər gün minlərlə məhsul reklamına tuş gələn bu müştərinin diqqətini cəlb etmək üçün rəqabətdə olduğunuzu unutmayın. Həmçinin, bu vəziyyət həm pərakəndə həm də kiçik müəssisələrə də aiddir. Əgər başqa şirkətlərə xidmət göstərirsinizsə və bir müddət o şirkətlərdən xəbər yoxdursa, onlarla əlaqə saxlayın. Gələcək layihələrdə onlarla birlikdə işləməkədən məmnuniyyət duyacağınızı bildirin. Digər bir ifadə ilə desək, onlara özünüzü xatırladın.
 
3. Müştərinin alıcılıq qabiliyyətini canlı  tutmağa çalışın.
Müştərilərinizə məhsullarınızı ya da xidmətlərinizi təkrar satın almaları üçün məntiqli bir səbəb söyləyin. Təqdim etdiyiniz məhsul ya da xidmətləri təkmilləşdirin və yaxşılaşdırın. Etdiyiniz yenilikləri və dəyişiklikləri müştərilərinizə bildirməyi əsla yaddan çıxarmayın. Çünkü, məhsul ya da xidmətinizdəki dəyişiklik və yeniliklər müştəri portfeli ilə əlaqə qurmaq üçün yeni bir fürsətdir.
 
4. Müştərilərinizi təəccübləndirin.
Bir kəs gözlədiyimizdən də artıq bir şey etdikdə, təəccüblənər və heyran qalarıq. Bunu dərhal ətrafımızdakılara bildirmək istəyərik. Bir müştəriyə adıyla müraciət edərək və ya ad günündə ya da əlamətdar bir gündə daimi müştırinizə hədiyyə göndərmək surətiylə xüsusi bir jest edərək onu təəccübləndirə bilərsiniz. Digər sadə bir yol isə, müştərilərinizə hər yeni satışda, xüsusi endirimlər ya da bonuslar təqdim edərək sizə olan etibarlarını mükafatlandırmaqdır.
 
5. Ortaq fəaliyyət göstərin.
Müştərilərinizlə birlikdə bir cəmiyyət qurun və xeyirxah işlər görün. Hər satışdan əldə etdiyiniz qazancın bir qismini gəlir məqsədi güdməyən bir xeyriyyə fonduna bağışlayın ya da evsiz insanlara yemək tədarük edin. Bu tip və buna oxşar fəaliyyətlərlə müştərilərinizə başqalarına faydalı olduqlarını hiss etdirin. Beləliklə, məhsullarınızı və xidmətlərinizi satın almağa davam edəcəklər.
 
6. Şirkətinizi doğru insanlarla təmsil etdiyinizdən əmin olun.
Dünyadakı ən yaxşı məhsula sahip ola bilərsiniz, amma müştərilərinizlə birbaşa ünsiyyət quran şəxs ya da şəxslər şirkətinizin imici üçün uyğun deyilsə, hətta imicinizə xələl gətirəcək xarakterləri varsa, böyük ehtimalla müştərilərinizi qaçıracaqsınız. Buna görə də, müştəri ilə ilk  ünsiyyət quran işçi qrupunu, işində peşəkar olan doğru insanlardan təşkil etməlisiniz. Mehriban, ünsiyyətcil və müştərilərinizə qarşı diqqətli  bir xidmət anlayışı şirkətinizin əsas prinsiplərindən biri olmalıdır.
 
7. Müştərilərinizin sizinlə asanlıqla əlaqə qura bilmələrini təmin edin.
Zəng mərkəzində, müştəri təmsilçisinə bağlanmazdan əvvəl, onları uzun bir prossedura məhkum etməyin. Müştərilərinizin sosyal mediyadan göndərdikləri mesajlara, e-maillərə və səsli mesajlara vaxtında cavab verdiyinizdən əmin olun.
 
8. Müştərilərinizi dinləyin.
Dinləmək əsasən iki mərhələdən ibarətdir: Müştəriləriniz sizə bildiriş yolladıqda, bu bildirişlərə əhəmiyyət vermək və müştərilərdən efektli bir şəkildə şirkətiniz haqqında nə düşündüklərini soruşmaq. Sizdən aldıqları məhsullar ya da xidmətləriniz hakkındakı fikirlərini öyrənmək üçün müştərilərinizə anket yollaya bilərsiniz. Daha sonra topladığınız bu bildirişləri effektli şəkildə analiz etməlisiniz.
 
9. Müştərilərinizə minnətdar olduğunuzu bildirin.
Müştərinizlə üzbəüz ünsiyyət qurduğunuz hər məqamda, ona qarşı duyduğunuz minnətdarlığı səmimi bir təşəkkür ya da buna bənzər bir cümlə ilə ifadə etməyə çalışın. Hətta bir addım irəli gedərək, ona bir təşəkkür açıqcası göndərər ya da yenidən sizi seçdiyi üçün xüsusi bir hədiyyə təqdim edə bilərsiniz. Unutmayın, güclü bir ünsiyyət vaxt tələb edir. Ancaq, bunun üçün sərf etdiyiniz enerjiyə dəyəcəkdir. Bundan əmin ola bilərsiniz.
 
 
Tərcümə etdi: Rəşadət Hidayətov

ŞƏRH YAZIN