Az sərmayəli lakin qazanclı işlər.

0
4915
Az sərmayəli lakin qazanclı işlər.

 


Bir işə uğurlu bir şəkildə başlamanın ən önəmli açarı sərmayədir. Xidmət sektoru bütün başlayanlar üçün xeyirli bir iş imkanları təqdim edər. Və az sərmayə ilə görülə bilən 
ən yaxşı işləri özündə cəmləşdirmişdir. Girişimçi olan insanların çoxu xidmət sektorundan çəkinir.  Çünki sadəcə müəyyən bir blik yığını və bacarıq lazımdır. 

Bu məqalədə sizlərə az bir sərmayə ilə başlaya biləcəyiniz qazanclı iş fikirlərindən bəhs edəcəyik. Danışacağımız ticarət işlərinin başlanğıc sərmayələri aşağıdır, çünki ümumi
xərcləri azdır.

Bu cür işlərə evinizdən birazca dəstək və fəaliyyət qatılımlarıyla başlaya bilərsiniz. Aşağıda bəhs edəcəyimiz işlərdən yüksək qazanclar qazana bilərsiniz, çünki heç bir ödəniş
etmədən satış və qazandığınız xeyiri artırırlar. Xidmət sektoruna daxil olmaq istəyirsinizsə zəhmət olmasa oxumağa davam edin. 

Xidmət sektoruna daxil olmaq nə qədər vəsaitə başa gələr?

Cavab: Az bir miqdar. Azca bir sərmayə ilə başlaya bilər və əmək sərf edərək böyüdə bilərsiniz. Xərclərinizi azaltmaq üçün işinizə evdən başlayıb və qazanc əldə edənə qədər
əzimlə çalışa bilərsiniz. Daha sonra isə bir iş yeri kirayələyə bilər və işçi ala bilərsiniz. 

Xidmət sektorundakı işlərlə başlayarkən ehtiyacınız olan ən önəmli şey müəyyən bilik və ya bacarıqlarınızla uyğunlaşmalıdır, çünki bu bilgi və bacarıqlar sayəsində pul
qazanacaqsınız. Elə buna görə də bu sahədə təcrübənizin olması vacibdir. Bu sahədə bilikli olmaq üçün mütləq universitet məzunu olmanız lazım deyil. 

Seminarlara və iş çalışmalarına (workshop) qatılaraq və ya bir mütəxəssisin yanında iş öyrənərək lazım olan bacarıqları qazana bilərsiniz. Bacarıqlarınızı artırdıqdan sonra
təcrübə qazanmağınız lazım gələcəkdir. Sahib olmağınız lazım olanları söylədikdən sonra növbə gəldi az bir sərmayə ilə və ya sərmayəsiz başlaya biləcəyiniz iş fikirlərini
başa salmağa. Zəhmət olmasa aşağıdakı iş fikirlərini oxuyun.

Müəssisə məsləhətçisi (danışmanlığı)
Təcrübəli bir qatılıçısız yoxsa müəssisə sahibisiniz? Bu işə başlamanın, bir iş qurmanın, fəaliyyət tapmağın və müəssisəni böyütməyin nə qədər vəsait aparacağını bilirsiniz?
O zaman müəssisə danışmanlığına başlaya bilərsiniz. Müəssisələrə və ya təşəbbüskarlara rəhbərlik edərək və məsləhət verərək uğurlu bir yol almalarına köməkçi
ola bilərsiniz. 

Kiçik müəssisələr üçün koçluq xidməti
Kİçik bir büdcə ilə müəssisənin necə idarə olunacağını, sərmayənin necə artılacağını və müəssisənin necə böyüdüləcəyini bilirsinizsə, o zaman müəssisə açmaq
istəyənlərə tövsiyyələr verə bilərsiniz. Bəs kiçik müəssisə koçluğu etmək üçün nə lazımdır? Koçluq xidmətləri uzun zamandır var olan bir işdir, amma narahat olmayın, hələd də
sektora girmək üçün gecikmiş sayılmazsınız. 

İş planı yazmaq xidməti
Təşəbbüskarlın çoxu iş planlarını yazdırmaq üçün kimlerese pul ödəyərlər. Əslində təşəbbüskarların çoxu işlətmələrin diqqətini çəkəcək iş planının necə yazıldığını
bilməzlər və bunu öyrənmək üçün də vaxt ayırmazlar. Bu növ ehtiyacı qarşılaya biləcəksəniz işiniz hazır deməkdir. 

İş fürsətləri araşdırması
İş imkanları araşdırması təqdim edən və yaxşı gəlir əldə edən bir çox insan vardır. Etməniz lazım polan tek şeytrendlərinə, ehtiyaclarına və ya iş imkanlarına diqqət etmək,
bunların çərçivəsində bir plan hazırlamaq və böyük quruluşlara satmaqdır. Bəzən bzar potensialı olan məhsul fikirləri və iş fikirləri ilə rastlaşa bilərsiniz. Daha sonra bu fikirləri
həyata keçirə bilmələri üçün böyük firmalara sata bilərsiniz. 

Marka məsləhətçisi və idarə edici
Marka çalışmaları ilə əlaqədar təcrübəniz varmı? O zaman kiçik müəssisələrə necə marka quracaqları və ya marka dəyərlərini necə artıracaqları haqqında tövsiyyələr verə 
bilərsiniz. 

Loqo hazırlama
Loqo dizaynı xidmətlərinə olan tələb hər keçən gün artmaqdadır. Kiçik müəssisələr özlərini rəqabətdə fərqliləşdirəcək olan bənzərsiz və göz qmqşdıran loqolar axtarırlar. 
Siz də göz alıcı loqolar hazırlaya bilərsiniz? Cavabınız bəlidirsə loqo dizaynı işinə başlaya bilərsiniz. 

Bazarlama danışmanlığı (məsləhətçisi)
Müştəri qabiliyyətini 305-dən 70%-ə qədər artıracaq uyğun mailiyyətli bir fikir tapa bilərsiz? Cavabınız bəlidirsə işiniz hazır deməkdir. Özünüzü professional bazarlama
danışmanlığı olaraq təqdim edə bilər və kiçik müəssisə sahiblərinə müştəriləri necə razı sala biləcəklərini və satışları necə artıra biləcəklərini göstərə bilərsiniz. 

Sosial mediya danışmanlığı (məsləhətçisi)
Sosial mediya bütün dünyanı ələ keçirməkdədir. Facebook, Twitter və Linkedln kimi sosial mediya saytlarından bu axını necə idarə edə biləcəyinizi və marka dəyərinizi necə
artıra biləcəyinizi bilirsiniz? Cavabınız belidirsə sosial mediya məsləhətçisi olun və pul qazanmağa başlayın.

İnsan qaynaqları xidməti
İnsan qaynaqları içərisində bir çox şeyi saxlayan və olduqca tələb görən sahələrdən biridir. Günümüzdə müəssisə sahibləri öz işlərinə cəmləşmək və işçi almaq kimi
zamanlarla boğuşmaq istəmirlər. Bu işə əl ata bilər və öz insan qaynaqları firmanızı quraraq bu problemi aradan qaldıra bilərsiniz.

Mühasibatçılıq xidmətləri
Rəqəmlər mövzusunda yaxşısız? Hesabları uyğunlaşdırmaqdan xoşunuz gəlir? Mühasibat işindən başınız çıxır? O zaman sizi heç nəyin saxlamasına imkan verməyin və öz 
mühasibatçılıq firmanızı yaradın.

Qəzet məqaləsi yazma xidməti
Pulsuz tanıtım bütün müəssisə sahiblərinin arzu etdikləri, amma təəssüf ki, bacara bilmədikləri bir fəaliyyətdir. Xəbər yazmaq sahəsində yaxşısınızsa və yayınlanacağından 
əminsinizsə müəssisə sahiblərinin marka dəyərini yazılı mətbuat vasitəsilə artıraraq pul qazana bilərsiniz. 

Başlanğıc sərmayəsi brokeri
Sərmayəni artırmaq bütün insanların istədiyi amma təəssüf ki, bacarmadıqları bir mövzudur. Özünüzü vasitəçi və ya broker olaraq göstər bilər və müraciət edənlərə risk
sərmayədarlarını və "mələk" yatıırımçılarını bir yerə yığa bilərsiniz. Ümumi pulun müəyyən bir faizini alaraq pul qazana bilərsiniz. Bəzi ağıllı müştərilər bu işi online şəkildə \
edərlər.  Saiz də eynisini edə bilərsiz.

Çap xidmətləri.
Bu iş başqaları tərəfindən də bilinən, lakin yaxşı gəlir gətirən bir iş fürsətidir. Siz də kiçik müəssisələr üçün kartvizitlər, əl elanalrı, afişalar və kataloqlar çap edə bilərsiniz.

Tədbir (event) idarəçiliy
Kiçik işlətmə sahiblərinin çoxu zirvə iclaslarının, ticarət sərgilərinin bir parçası olmaq istəyərlər amma bunu necə edəcəklərini və bu tip tədbirlərdə məhsullarını və ya
xidmətlərini necə təqdim  edəcəklərini bilməzlər. Bu ehtiyac rəqabətdə ciddi bir tələb yaratmışdır. Siz də bu işlərdən anlayırsınızsa işiniz hazır deməkdir.

Tərcümə edən: Yəhyalı Cəlalə

ŞƏRH YAZIN