Biznes-məktəbdə tədris olunmayan 9 önəmli dərs

0
1804
Biznes-məktəbdə tədris olunmayan 9 önəmli dərs

Biznes məktəbinin diplomu nailiyyətlər üçün imkan yaratsa da, həyat hər zaman sizdən nəticə tələb edəcəkdir.

Hal-hazırda silisium vadisində MBA proqramı üzrə biznes haqqında biliklərin tədris olunmasına marağın azaldığını görürük. Sanki hər həftə bu proqramların yeni gizli xərcləri nümayiş olunur. Məzunlar arasında işsizlik səviyyəsi (baxmayaraq ki, Harvard biznes məktəbinin məzunlarının 5%-i təhsili başa vurduqdan 3 ay sonra hələ də işsiz idilər) və kollec təhsilini tamamlamayan məşhur sahibkarların (Stiv Cobs, Bill Qeyts, Riçard Brenson, Mark Zukkerberq) siyahısı diqqəti cəlb edir.

Bir fikri diqqətinizə çatdıraq ki, hər kəsin çalışmaq istədiyi startap şirkəti əslində biznes məktəbinin məzununun diplomu ilə maraqlanmır. Onlar əsl təcrübə axtarışındadırlar. Onlar üçün startaplar aləmində olan çətinliklərin və sınaqların öhdəsindən gəlməyiniz və heç bir müaneəyə baxmayaraq yolunuza davam etməyiniz önəmlidir. Onlar sizin diplomunuzdakı yüksək qiymətləri deyil, uğurlu nəticə verən işlərinizi görmək istəyirlər.

Lakin bütün bunlarla yanaşı, bir çox məsləhətçilər nüfuzlu biznes məktəblərinə qəbul olunmaq istəyən namizədlərin sayının getdikcə daha da artdığını qeyd edirlər.

Bəs belə bir anda, hansı seçim üzərində dayanmaq daha düzgündür? İlk öncə ağlınızdan çıxarmayın ki, əgər siz MBA proqramına qəbul olmusunuzsa, təhsili bitirdikdən sonra əldə etdiyiniz diplomun sizə heç bir ziyanı yoxdur. Əslində biznes məktəbində təhsil aldığınız müddət ərzində siz bir çox üstünlüklərə sahib ola bilərsiniz. Bununla yanaşı, sizə tədris olunan dərslərdən də maksimum dərəcədə faydalanmaq imkanınız var. Unutmayın ki, həyata və təhsilə olan düzgün münasibtətiniz uzunmüddətli uğuru meydana gətirən əsas səbəblərdən biridir.

Lakin heç vaxt əlinizdəki diploma tam arxayın olmayın. Çünki həyat hər zaman sınaqlarla doludur və təcrübəniz olmasa, məktəbdə aldığınız yüksək qiymətlər sizi bu sınaqlar qarşısında pis vəziyyətdə qoya bilər. Unutmayın ki, müsahibəniz sona yaxınlaşdığı zaman heç kimi sizin hansı universitetin diplomuna sahib olduğunuz maraqlandırmır. Hətta bu universitet dünyanın ən nüfuzlu təhsil ocağı olsa belə.. Onları maraqlandıran yeganə fikir sizin bu işi bacarıb-bacarmayacağınızdır.

Yahoo! şirkətinin idarə heyətinin keçmiş sədri, məşhur amerikalı “biznes-mələk” Maynard Webb yalnız gerçək həyatın keçə biləcəyi və heç bir biznes-məktəbdə tədris edilməyən biznes dərslərini bizimlə paylaşır.

1. Sizin əsas işiniz müvəffəqiyyətin necə göründüyünü dərk etməkdir. Əlçatmaz və əlçatan hədəflərə tam ciddiliklə yanaşın. Onda bu hədəflər sizə daha çox uğur gətirəcək.

2. Futbolda və real həyatda da bir qayda var. Əgər sən indi uduzursansa keçmişdə neçə dəfə çempion olmağının heç bir fərqi yoxdur. Bugünkü problemi həll edərkən keçmiş nailiyyətləriniz heç kəsin vecinə deyil. İnsanlar ilk növbədə sizin hazırkı problemin öhdəsindən necə gələcəyinizlə maraqlanırlar.

3. Siz yalnız öz zəhmətiniz və qabiliyyətiniz sayəsində vəzifənizi artıra və irəliləyə bilərsiniz. Təhsilinizin nə qədər mükəmməl olmasına və sizin onunla qürur duymağınıza rəğmən, heç kəs yüksək pozisiyanı göy lentli bağlamada sizə hədiyyə etməyəcək. Məşhur universitet məzunu olmağınız hələ o demək deyil ki, digərlərinə yuxarıdan aşağı baxa bilərsiniz. İnsanlar bunu hiss edir və bu, onların xoşuna gəlməyəcək. Baxmayaraq ki, Harvard və ya Stanford məzunu olmaq gənc tələblərin qarşısında çoxsaylı imkanlar qapısı açır, bu imkanların reallaşdırılması və kapitala çevrilməsi sizin öz işinizi nə qədər məharətlə yerinə yetirməyinizdən asılıdır.

4. Sınaqların öhdəsindən necə gələcəyinizi göstərməyə hazır olun. Mən insanları işə götürərkən, onların intellektual səviyyəsini qiymətləndirmək üçün, əksər hallarda, təhsildəki nailiyyətlərinə diqqət yetirirəm. Lakin onların problemləri necə həll etməsini görmək və indiyə qədər nə əldə etdiklərinə və nəyə can atdıqlarına baxmaq üçün daha çox vaxt sərf edirəm.

5. Üstünlükləri vaxtında görməyə hazır olun. Onda siz diqqət edəcəksiniz ki, üstünlüklər, adətən, ən gözlənilməz məqamlarda və məkanlarda ortaya çıxır.

6. Öz tanışlıq şəbəkənizdən istifadə edin. Bu sizin sahib olduğunuz ən qiymətli aktivlərdən biridir. Onun üzərində işləyin.

7. Başa düşün ki, siz “dünyanın göbəyi” deyilsiniz. MBA proqramları rəqabət hissini gücləndirir. Burada bir qayda olaraq öz qrupunda liderlik uğrunda yarışlarda iştirak etməli olursan. Amma diqqəti yalnız özündə cəmləmək işdə heç də həmişə gözlənilən effekti vermir. Çünki bu zaman “kompaniyanın bir hissəsi” olmaq daha çox təqdir olunur, nəinki şəxsi “mən”-ini ortaya qoymaq.

8. Yeni mədəniyyətləri öyrənin. Biznes-məktəblərdə öyrəndikləriniz ilə kifayətlənmək olmaz. Elə proyektlər üzərində çalışın ki, birbaşa yüksək rəhbərlik ilə ünsiyyət olsun, təmas qura biləsiniz. Çox istərdik ki, həmin sırada idarə heyəti də olsun. Onların problemlərin öhdəsindən necə gəldiyini izləyin və onlardan öyrənin, davranışınızı buna uyğun dəyişməyi öyrənin.

9. Digərlərinə də öz yolları ilə getməyə kömək edin. Əgər sizdə MBA diplomu varsa, onu xeyirlə işlədin.

 

ŞƏRH YAZIN