Əməkdaşların Sizinlə İşləməkdən Məmnunluq Duyması Üçün Nə Lazımdır?

0
2492
Əməkdaşların Sizinlə İşləməkdən Məmnunluq Duyması Üçün Nə Lazımdır?

Emi Çaudri həmtəsisçisi olduğu "AnswerLab" şirkətində insanların veb-saytlardan istifadə imkanını tədqiq etməklə brendlərlə istehlakçılar arasında əlaqənin yaradılmasına yardımçı olur. Bu işin icrası nəticəsində o, sanki insanlarla ünsiyyət yaratmaq üzrə bir ekspertə çevrilir.
Lakin Çaudri bütün səylərini yalnızca müştəriləri razı salmağa yönəltmir,eyni zamanda şirkət əməkdaşlarının onunla birgə işləməkdən məmnunluq duymasına xüsusi diqqət ayırır.
Çaudri oz çixişlarinda "Nəticədə, biz əməkdaşlarımızın böyük bir hissəsini qoruyub saxlamağa müvəffəq olduq" cümləsindən istifadə edirdi.
İşçilərinizin sizinlə əməkdaşlığı uzun müddət davam etdirmələri üçün aşağıda qeyd edilmiş məsləhətlərə diqqət yetirin.
-Öz işçilərinizin karyerası haqqında düşünün. İşçilərə şirkətin gələcəyinin onların əməyindən asılı olduğunu hiss etdirmək çox əhəmiyyətlidir. Bu səbəbdən birbaşa karyeraya istiqamətlənmək labüddür. İşçi üçün müsbət iş mühitinin yaradılması yalnız bir başlanğıcdır.Çaudrinin sözlərinə görə, işçilərin olduqca böyük hissəsinin qorunub saxlanılması üçün işçilərlə şirkət arasında mövcud olan əlaqə nəzərdən keçirilmiş və hər bir işçiyə böyük diqqət ayrılmışdır. Başqa sözlə desək, bütün diqqəti "karyerada yüksəlmək" məqsədinə yönəltmək şirkətdə işçilər üçün ev şəraiti qədər rahat mühit yaradılmasının ilk addımıdır.
-Şirkətdə təlimin təşviqinə diqqət ayırın."AnswerLab" şirkəti öz işçilərinə 400 ABŞ dolları həcmində vəsait təqdim etməklə işçilərin istədikləri texnologiya məhsuluna sahib olmasını təmin edir.Bu addım nəticəsində nəinki işçilər mükafatlandırılır, hətta şirkətin müştəriləri də dolayı yolla mənfəət əldə edir.Çaundri qeyd edir ki, həmtəsisçisi olduğu şirkət istifadəçi təcrübəsinə əsaslanan şirkət olduğuna görə burada işçilərin müxtəlif texnologiyalar vasitəsilə bu təcrübəni öyrənməsi üçün xüsusi şərait yaradılmışdır.
-Şirkətdə sağlamlığın təşviqinə diqqət ayırın. Sağlam işçi daha xoşbəxt və daha məhsuldar işçi deməkdir. Bu səbəbdən "AnswerLab" şirkəti işçilərinin yüksək əhval-ruhiyyəsini qoruyub saxlamaq məqsədilə bu işə investisiya sərf edir.Çaudri bildirir ki, şirkətin hər bir işçisi "Fitbit" (sərf edilən kalorini, gedilən məsafəni və yuxu keyfiyyətini müəyyən edir) adlanan mexanizmlə təchiz edilib. Əsas səbəb ondan ibarətdir ki, şirkət rəhbərliyi işçilərinin bütün gününü masa arxasında keçirməsini deyil, onların ətraf mühitlə əlaqə yaratmasını, gəzintiyə çıxmasını və bununla da onlar üçün həqiqətən də sağlam həyat tərzinin yaradılmasını istəyir.
İşçilərinizi ilhamlandırmağa və həvəsləndirməyə çalışın.
Ümimiyyətlə, hər hansı bir birlik və ya kollektivlə əlaqə yaratmaq işçilərə daha böyük potensiala malik olduqlarını nümayiş etdirməyin əsas yollarından biridir. Bu səbəbdən "AnswerLab" şirkəti öz işçilərini vaxt və bacarıqların daha əhəmiyyətli məqsədlərə sərf edilməsi istiqamətində həvəsləndirir. Çaundri qeyd edir ki, şirkət rəhbərliyi tərəfindən işçilərdə daha geniş kollektivlərdə yer almaq istəyi yaratmaq məqsədilə bütün iştirakçıları yalnız işçilərdən ibarət olan komitə tərtib edilmişdir.

 

Korrektə etdi:Günel İbadova

 
 

ŞƏRH YAZIN