Etibarlılğı İsbat Olunmuş Online Pul Qazanmaq Yolları.

0
2077
Etibarlılğı İsbat Olunmuş Online Pul Qazanmaq Yolları.

Web işçisi olaraq gəlir əldə etmək çətin bir işdir. İstər sürətlə dəyişən bir qrup müştəriyə freelance xidmətlər verin, istərsə də istifadəçilərə məhsul satın, aydan aya gəliri xərcləuyğunlaşdırmaq olduqca çətindir. İşlər dalğalı olduğundan, qazancınızın daha etibarlı olmasını təşkil edəcək işlər görməyiniz gecələri daha rahat yatmağınıza şərait yaradar.


Bugün sizlərə 10 yaradıcı online pul qazanma yollarından bəhs edəcəyik.

Sizlər üçün çətin qismi həll etdik və bu online pul qazanmaq yollarının və iş modellərinin etibarını yoxladıq. Yenə də ehtiyatını almalı və platformadı istifadəçilərlə əlaqə quran
fırıldaqçılara qarşı diqqətli olmalısınız.  Budur sizlər üçün araşdırdığımız 9 online iş imkanı:

1.Özünüz hazırladığınız məhsulları satın. 
Sənətçi bir yanınız varmı və ya dizayn işləri ilə maraqlanırsız? Sənətçıliyi güclü olan bir marka ilə çalışırsız? 
Ehtiyacınız olan tek şey gözəl qətnaməli bir rəsim. Bu rəsm sayəsində köynəklər, əl çantaları, medallar, iPhone qabları və ya ağlınıza gələn hər cür fikri həyata keçirə bilər və sata 
bilərsiniz. Sizin adınıza çap, işləmə və göndərmə edə biləcək bir çox saytdan birini seçə bilərsiniz. 
Seçdiyiniz platforma üçün hər hansısa bir xidmət haqqı ödəməyinizə ehtiyac yoxdur. Çünki sadəcə sifariş olanda çap edirlər və siz də hər satışdan haqqınızı alırsınız. Yəni,
öz məhsullarınızı yarada bilər və öz xüsusi internet saytınızda, sosial mediyada və ya digər saytlarda məhsullarınızın reklamını edə bilərsiniz. 

2.İnsanların yaratdığı proqramları (uygulamaları) gözdən keçirin. 
Rəqabətə yeni çıxan mobil proqramlara qarşı marağınız varsa Softwarejudge tam sizin üçündür. Yaxın zamanlarda yaradılan proqramları yoxlayaraq və proqramlar haqqında nə 
düşündüyünüzü yazaraq online pul qazana bilərsiniz. Proqram bazarlamasından danışırıqsa sosial sübut ən təsiredici gücdür. Bu səbəblə də yayıncılar fikirləriniz üçün pul 
ödəməyə razıdırlar. 

3.Xüsusi (özəl) dərs. 
Müəyyən bir sahədə peşəkarsınız? Birisinə gitara və ya piano çalmağı öyrədə bilərsiniz?
Qanuni şəxsi müəllim olaraq xidmətlər təqdim edə biləcəyiniz vəqarşılığında pul qazana biləcəyiniz şəxsi web platformaları vardır. Bunlardan birinə üzv olaraq pul qazanmağa
başlaya bilərsiniz. 

Risksiz e-ticarət üçün drop-shipping.
Drop-shipping e-ticarət və affiliate bazarlaması arasındakı sərhəd iş modellərindən biridir. Əsasən idarə etdiyiniz internet saytlarında digər insanların məhsullarını satmağınıza 
fürsət verir və risksizdir. Satıcı xərc işlərini, xidmət və sifarişləri həll edərkən sizin etməyiniz lazım olan tək şey sifarişi istiqamətləndirmək və pulunuzu almaqdır. 

5.Sosial təsirinizi gücləndirin.
Yayınladığınız linklərə daxil olan bir çox Twitter izləyiciniz varsa sponsorlu tweetlər ataraq pul qazana bilərsiniz. 
TweetPeddler, ChurpChurp  və SponsoredTweets də daxil olmaqlar reklamçıların təkliflərini yayınladıqları bir çox bazar vardır. Etməniz gərəkən izləyici sayınızla uyğunlaşan və
sosial mediya etibarınızı zədələməyəcək  məhsul tanıtımı təklifləri tapmaqdır. 

6.Xüsusi turist xidmətləri.
Turistlərin axın etdikləri bir yerdə yaşayırsınızsa güclü turizm sektoru ilə birlikdə hərəkət edən böyük iqtisadi exosistemdən qazanc əldə edə bilərsiniz. Turistlərin bir çoxu 
qalacaq yer, əlaqə, yemək və rəhbərli turlar üçün çarə axtararlar və çarələr üçün yerli xalq ilə çalışan turistlərin sayı hər keçən gün artmaqdadır. 
Avtomobilinizə hər gün ehtiyacınız yoxdursa Masinga.com vasitəsilə avtomobilinizi kirayə verə bilərsiniz. Avtomobilinizi davamlı olaraq istifadə edirsinizsə Yolyola.com saytından
istifadə edərək insanları getmək istədikləri yerə apara və pul qazana bilərsiniz. Eyni zamanda Airbnb istifadə edərək evinizi və ya evinizin bir hissəsini kirayə verə bilərsiniz.

7.Yemək bişirmək və yeməklər təşkil etmək.
Oxşar şəkildə evdən kənarda yemək yeməkdənxoşlanan, amma restoranların anonim  və cilalanmış təşkilati havasından bezmiş bir çox insan vardır. Evinizdə ləzzətli və isti yemək- 
lər hazırlaya bilirsinizsə sizə qatılmaq istəyəcək müştərilər tapa bilərsiniz. 
EatWith, Cookening və HomeDine`da daxil bir sıra bazar vardır. 

8.Əl işi məhsullarınızı satın.
Əl işi ilə məşğul olmaq sizin xoşunuza gəlir? Elədirsə əl işi məhsullar hazırlayıb sataraq pul qazanmaq sizin üçün gözəl bir gəlir qapısı ola bilər. Saç aksessuarı, biləklik, əl 
çantası kimi sadə məhsullar hazırlaya biləcəyiniz kimi xüsusi kurslara qatılaraq müəyyən bir sənətdə ixtisaslaşa bilərsiniz. Xüsusilə taxta boyama və filoqrafiya sənəti ilə
hazırlayacağınız bir çox məhsulu xaricə də sata bilərsiniz. Məsəl üçün, taxtadan Eyfel qülləsi hazırlamaq texnikasını öyrənə bilsəniz bunun sayəsində də müəyyən miqdarda 
pullar qazana bilərsiniz. 
Sadəcə satacağınız məhsulların bir neçə rəsmini çəkin, satış qiymətləri müəyyən edin, sonra da məhsullarınızı Gittigidiyor, Craigslist və ya eBay`da yayınlayın və pul qazanın. 

9.Online bazarlar vasitəsilə offline vəzifələr.
İnsanlar Redbeacon və TaskRabbit kimi platformalar vasitəsilə çox sayda tək səfərlik iş yayınlamqdadırlar. Yəni boş vaxtlarınızda digər insanların ayaq işlərini həll edərək
ekstra pul qazana bilərsiniz. 
İşləri almaq üçüçn sorğudan keçməyiniz lazım olduğu üçün fərq ediləcək bir profil yaratmaqla  işə başlamalısınız. 
 
10.Online videolar yayınlayın.
Online videolar yayınlayaraq pul qazanmaq həm əyləncəli, həm də şok edici dərəcədə asan ola bilİR. İnsanların marağını çəkəcək hər hansısa bir mövzuda videolar hazırlaya 
bilsəniz bu sayədə zəngin  belə ola bilərsiniz. Bu şəkildə youtube`də zəngin olan minlərcə insan vardır. 

Tərcümə edən: Cəlalə Yəhyalı

ŞƏRH YAZIN