İnternetdə Rəsm Sataraq Pul Qazanmaq.

0
4436
İnternetdə Rəsm Sataraq Pul Qazanmaq.

 Şəkil çəkməyi və ya Photoshop yaxud da illustrator vasitəsilə şəkil çəkməyi sevirsinizsə, online rəsm satışı işi tam sizin üçündür. 

Əvvəllər sadəcə professionallar və əlaqələri olan insanlar foto və şəkillər satırdı. Lakin indi artıq internetin və xüsusilə də mikrostok və makrostok kimi alətlərin də köməyi
ilə online stok foto rəsm saytlarının keyfiyyət standartlarına uyğun olan hər kəs rəsm və fotolar sata bilir. 

Online rəsm satışından necə pul qazanılır?

1-Dəyişiklik edəcəyiniz, sürətini çıxaracğınız və ya satacağınız hər hansı bir işin müəllif haqlarına sahib olduğunuzdan əmin olun. 

2-Rəsmlərinizi satmaq istədiyiniz stok foto saytlarını seçin. Acemiler dreamstime.com, freedigitalphotos.net və shutterstock.com-dan istifadə edə bilərsiniz. Bununla bərabər
professional fotoqrafçılar Getty İmages və ya Corbis-i seçə bilərlər. 

3-Seçiminizi etdikdən sonra  hesab açın. Stok foto saytlarının yaddaş prosedurları adətən pulsuzdur. 

4-Rəsmlərinizi yükləmədən öncə şərtləri oxuyun və dəqiq şəkildə başa düşün. Dreamstime minimum 3 mega piksel ölçü şərti qoyar. Eyni zamanda ticari dəstlər, yaradıcı olan
bazarlana bilən kompozisiyalar, rəng, effekt və işıq səviyyəsi yüksək şəkilləri seçərlər. Bəzi şəkillər Dreamstime tərəfindən rəddedilərkən, bəziləri tərəfindən qəbul edilir və
satıla biləcək bir hala gələ bilər. 

5-Seçdiyiniz internet saytı tərəfindən qəbul olunmamaq ehtimalınız  olduğu üçün Dreamstime-dən əlavə freedigitalphotos.net, shutterstock və ya fotolia.com kimi stok saytlarında 
qeydiyyatdan keçdiyinizə əmin olun.

6-Şəkilləriniz qəbul edildikdən sonra satışa hazır hala gəlirlər.

7-İnternet üzərindən satışa çıxarılan minlərcə rəsm olduğu üçün şəkillərinizin reklamını etməyiniz lazımdır. Məsələn, seçdiyiniz sayt tərəfindən qəbil olunmayan fotolarınız varsa, 
morguefile.com-a qeydiyyatdan keçə bilər və pulsuz paylaşılması üçün qəbul olunmayan şəkillərinizi yükləyə bilərsiniz. Bu məhsul nümunələrindən pulsuz paylanmağa oxşayar. 
Buna əlavə olaraq pulsuz şəkil paylasmaq tanıtım mənasına da gəlir.

İp ucları
Qetdiyyat olmadan öncə "Başlayarkən" və "tez-tez soruşulan suallar" hissələrini hər zaman yoxlayın.
Daha artıq pul qazanmaq istəyirsinizsə şəkilləriniz üçün daha yüksək qiymətlər müəyyən edəcək Getty İmages, Corbis, photo.com və alamy.com kimi saytları seçin. Lakin bu 
saytların şəkil qəbulu  şərtləri daha ciddidir və böyük ehtimalla peşəkar bir fotoqrafçı olana qədər şəkilləriniz qəbul edilməyəcəkdir. 

Xəbərdarlıq
Müəllif haqları pozuntularının qarşısını almaq üçün yüklədiyiniz şəkillərin və rəsmlərin müəllif haqlarına sahib olduğunuzdan əmin olun. Müəllif haqqının fəqrli səviyyələri
vardır. Bəziləri surətinin çıxarılmasına və paylaşıma icazə verərkən  satışa və ya ticari istifadəyə icazə verməzlər. 
Dreamstime kimi bəzi saytlar şəkillərin bütün haqqlarını satsanız bonuslar təklif edər. Bu seçimi istifadə etməzdən əvvəl şərtləri və üsulları diqqətli bir şəkildə gözdən
keçirin. 

Ehtiyacınız olanlar
*Digital SLR fotoqraf maşınları kimi peşəkar fotoqraf aparatları
*İnternet bağlantısı olan bir koputer və ya planşet
*Adobe Photoshop (istəyə bağlıdır, lakin tövsiyyə edilir)
*Adobe illustrator: başqa şəkillər yerinə şəxsi şəkillərinizi yaratmaq istəyirsinizsə (istəyə bağlıdır, lakin tövsiyyə edilri)

Tərcümə edən: Cəlalə Yəhyalı
 

ŞƏRH YAZIN