Pis maliyyə vərdişlərindən necə yaxa qurtarmalı

0
2667
Pis maliyyə vərdişlərindən necə yaxa qurtarmalı

Məşhur kəlamda belə deyilir: vərdiş etmək ikinci xasiyyətdir.  Bu sözlər pula aidiyyatda xüsusən doğrudur.

Pis maliyyə vərdişləri insanların istər bu gününə, istərsə də gələcəyinə son dərəcə mənfi təsir göstərir; bu vərdişlərin kökünü kəsmək öz özlüyündə asan məsələ deyil.

Öz alıcılıq impulslarınızı izləyin. Ancaq aldığınızın məbləğini deyil, eləcə də tarixini və nə  səbəbə aldığınızı göstərməklə xərclər gündəliyi aparmağa başlayın.  Bu, sizə hansı stresslərin və davranış istiqamətlərinin əsassız xərclərə gətirdiyini başa düşməyi asanlaşdıracaq.

“İstəyirəmi” “lazımdırdan” fərqləndirməyə öyrənin. Lazım olmayan əşyalar naminə borca girməyin. Məsələn, əgər sizin ərazidə tam şəkildə yaxşı dövlət məktəbləri varsa,  xüsusi təhsilə pul xərcləməyə dəyməz.

Bir şeyi almazdan əvvəl düşünün.   Alqı etməzdən əvvəl alacağınızın məqsədəuyğun olduğu haqda düşünmək üçün fasilə etməyi özünüzə qayda edin.  Ekspert məsləhətlərindən biri – bütün lehinə və əleyhinə olanları ancaq almağa arzu etdiyiniz an deyil, sonra yenidən, bilavasitə almazdan qabaq ikinci dəfə bunu düşünün.

Birinci addımı atın. Qoy bu addım balaca olsun, lakin siz onu atmalısız. Ən böyük borcunuzu ödədikdən sonra siz elə yüngüllük hiss edəcəksiz ki, qalan bütün borclardan da qurtarmaq istəyəcəksiz..

Əşyaları başqa cür adlandırın. Çox alıcıları “büdcə” sözünün özü belə qorxudur. Əgər bu sizdə də olan haldırsa, öz əmanət proqramınızı “xərclər planı” adlandırın. Bu sizə özünüzə nəyi rəva bilmədiyiniz haqqında deyil, nəyi ala bilməyiniz haqqında düşünməyə kömək edəcək.

Planlaşdırın. Mağazalara səfərə çıxdıqda alacaqlarınızın siyahısını tutun. Bundan başqa, özünüzlə ancaq arzu etdiyiniz əşyanın qiymətinə münasib pul götürün. Lazımsız şeylərın alınması fikrindən sizi yayındırmaq üçün dərrakəli dostun yaxud rəfiqənin sizinlə olması pis olmaz.

Özünüzü əyləndirin. Özünüzü əyləncələrdən məhrum etmək növbəti müvəffəqiyyətsizlik üçün zəmin yaratmaq deməkdir. Hər bir maliyyə məqsədinə nail olmağınıza görə, məsələn, siz müəyyən məbləği toplaya bilmisiz  yaxud növbəti hesabı bağlamısız, bu halda özünüzü mükafatlandırın.

Səhvlərinizi özünüzə bağışlayın. Əgər siz  düşünülməmiş xərclərdən özünüzü saxlaya bilməmisiniz yaxud hesabları vaxtında ödəməyə gecikmisinizsə, bu heç də sizin düşünülmüş maliyyə davranışı fikirindən  imtina  etməyiniz demək deyil. Özünüzə münasibətdə daha rəhmli olun, və büdrədikdən sonra öz yolunuza qayıdın (və artıq ayaqqabıları mağazaya geri qaytarın).

 

ŞƏRH YAZIN