Rəqəmli Risklərin İdarə Olunması

0
2314
Rəqəmli Risklərin İdarə Olunması

İnformasiya texnologiyaları (İT) sistemlərinin təhlükəsizliyi üzrə mütəxəssislərin yeni texnoloji mühitdə rəqəmli risklərin idarə olunmasında bacarıqsızlığı onunla nəticələnəcək ki, 2020-ci ilədək rəqəmli bizneslə məşğul olan şirkətlərin yarısından çoxu İT servislərin işində ciddi fasilələrin yaranması ilə rastlaşacaq. Bu barədə Gartner analitik şirkətinin hesabatında deyilir.

Rəqəmli risklərin idarə olunması korporativ idarəetmə və təhlükəsizlik risklərinin inkişafında növbəti addımdır. Bu sahəyə yeni texnologiyalar – informasiya, istismar, Əşyalar interneti və fiziki təhlükəsizlik texnologiyaları aid edilməlidir. Bunların hamısı bir-biri ilə bağlıdır və risklərin təhlilinə əsaslanan yanaşmanı tələb edir.

Gartner mütəxəssislərinin fikrincə, 2017-ci ilədək elektron bizneslə məşğul olan şirkətlərin üçdə bir hissəsində rəqəmli risklər üzrə direktor vəzifəsi təsis ediləcək. Bu vəzifədə həm biznes bilikləri, həm də rəqəmli risklərin qiymətləndirilməsi və onlarla işləmək üçün tövsiyələrin tərtib olunması ilə bağlı texniki savad tələb olunacaq. Rəqəmli risklər üzrə direktorun işinin əsas nəticəsi İT-nin təşkilati mədəniyyətinin və təhlükəsizliyinin dəyişdirilməsi olacaq. Analitiklər qeyd edirlər ki, 2019-cu ilədək yeni rəqəmli risklər konsepsiyası texnoloji risklərin idarə olunmasında standart yanaşmaya çevriləcək.

 

ŞƏRH YAZIN