Sərmayəsiz Pul Qazanmaq İstəyərsiz?

0
2416
Sərmayəsiz Pul Qazanmaq İstəyərsiz?

İnsanların bir çoxu pul qazanmaq üçün sərmayələrin vacib olduğunu fikirləşirlər. Reallıq isə budur ki, sərmayəsiz pul qazanmağın bir çox yolu vardır. Yeni bir iş qurmaq üçün pulunuz yoxdursa və yığdığınız pulu xərcləmək istəmirsizsə qazanc əldə edə biləcəyiniz fərqli yollar da vardır.


Ancaq bu heçbir şey etmədən pul qazana bilərsiz mənasına gəlmir. Pul qazanmaq üçün bacarıqlarınızı, zamanınızı və biliyinizi istifadə etməyiniz lazım gələcəkdir. Düzənli bir işiniz 
olsa da aşağıdakı fikirlərin bir çoxunu boş vaxtlarınızda yerinə yetirə bilərsiz. Aşağıdakı iş fikirləri əlavə gəlir əldə etməyinizə köməkçi olacaqdır. 

Mühasibatçılıqla məşğul olun.
Mühasibat haqqında biliyiniz və praktikanız varsa kiçik ölçülü müəssisələrə həm onlayn, həm də yaşadığınız ərazidə xidmət edə bilərsiniz. Böyük şirkətlərin əksinə kiçik ölçülü 
müəssisələrin bir çoxunun mühasibat yeri yoxdur. Mühasibat işləri üçün adətədn kiminləsə razılığa gəlirlər. İşi almaq üçün digər profesionallardan daha aşağı məvacib tələb 
edə bilərsiz.

Çağırış mərkəzi nümayəndəsi olun.
Hal-hazırda çağırış mərkəzləri sadəcə ofislərdən idarə olunmur. Çağırış mərkəzli ofislərin bir çoxu onlayn olaraq çalışır. İnternet çıxışı olan bir komputeriniz və rahat işləyə 
biləcəyiniz bir yeriniz varsa, çağırış mərkəzi nümayəndəsi ola bilərsiniz. Bu iş üçün ünsiyyət bacarıqlarınızın qüvvətli olması lazımdır. Səbrlisizsə və müştərilərin qorxularını və
tələblərini aradan qaldıra biləcəyinizi düşünürsünüzsə sərmayəsiz pul qazana bilərsiz. Seçiminizə bağlı olaraq yarım günlük və ya tam günlük işləyə bilərsiniz. 

Məqalələr yazın.
Yazmağı sevirsinizsə bu bacarığınızdan pul qazana bilərsiniz. Təhvil verilən və qəbul edilən məqalələr üçün pul ödəyən internet saytları vardır. Buna əlavə olaraq müəyyən 
mövzularla bağlı məqalələr yazmaları üçün yazarlar kirayələyən şirkətlər vardır. Bu şirkətlər məqalələri reklam və eyni zamanda məhsullarını onlayn satmaq üçün istifadə edirlər.
Bəzi şirkətlər və ya işçilər hər məqalə üçün ayrı-ayrılıqda pul ödəsə də bəziləri də aylıq pul ödəyərlər. Şərtlərə fikir verin və sizin üçün uyğun olan variantı müəyyən edin. Çoxları 
sizə yazmanız lazım olan mövzuları və tehvil vermə tarixini verəcəkdir.

Blog
Blog yazmaqdan həzz alırsınızsa bu hobbinizdən reklam vasitəsilə pul qazana bilərsiniz. Blog sehifənizin sürəti və istifadəçiləri güclü olarsa reklamçılar blogunuza reklam vermək 
istəyəcəkdir. Eyni zamanda blogunuza Google AdSencse üçün göstərilə biləcək reklamlar da ala bilərsiniz. Kimsə reklamlara hər daxil olub baxdığında müəyyən bir miqdar 
pulqazanacaqsıznız. Hər daxil olmaq üçün ödəməçox pul qazandırmasa da, gələcək üçün yararlı olacaqdır. 

Onlayn xidmətlər verin.
Biliyinizə və bacarıqlarınıza ehtiyac duyan kimlərsə ola bilər. Xidmət göstərməyə və pul qazanmağa nə deyirsiz? Fiverr kimi saytlar öz xidmətlərinizi göstərməyə fürsət verir.
Göstərdiyiniz özəl xidmətlərə ehtiyac duyan kimlərsə ola bilər. Eyni zamanda iş axtarma saytlarına üzv ola bilər şərtlərinizə uyğun işçi axtaran işverenlər tapa bilərsiniz.
Bu işlər yarım günlük və ya tam günlük ola bilər.

Məhsullar satın.
Məhsul satmaq demək başlanğıc sərmayəsinə ehtiyacınız olacağı anlamına gəlmir. Digər insanların məhsullarını sata bilər və əməkhaqqı ala bilərsiniz. Öz işi olan və müxtəlif 
məhsullar satan dostlarınızla və qohumlarınıza əlaqə saxlayın. Satış bacarıqlarınız varsa bu yolla pul qazana bilərsiniz. Məhsulları tanıdığınız insanlara özünüz və eyni
zamanda onlayn olaraq sat bilərsiniz. Sosial paylaşım saytlarının populyarlığı artdığından daha çox insana əlinizin çatması keçmişə nəzərən asanlaşmışdır. Bununla bərabər
tanınmış firmaların gözəllik məhsullarını da sataraq pul qazana bilərsiniz.

Dizaynlar satın.
Qrafiki dizayndan xoşunuz gəlirsə dizaynlarınızı sataraq bacarığınızdan pul qazana bilərsiniz. Zazzle kimi saytlar dizaynlarınızı pulsuz yerləşdirmənizə və satmanıza fürsət
verir. Bu saytda hesab açmaq üçün heç bir ödəmə etmənizə ehtiyac yoxdur.   
 
 
 
Tərcümə etdi : Yahyalı Cəlalə

ŞƏRH YAZIN