Şirkətlərin Məqsədi Ancaq Mənfəətdir?

0
871
Şirkətlərin Məqsədi Ancaq Mənfəətdir?

Şirkətlər ancaq pul qazanmaq üçün mövcuddurlar? 

Şirkətlər pul qazanmaq istəsələr də, əsas məqsədləri mənfəət olmamalıdır. Bir şirkətin mövcud olmasının səbəbi yalnız pul qazanmaq ola bilməz. 

Pul qazanmaq şirkətlərin öz fəaliyyətlərinə davam etmələri üçün şərtdir. Şirkət əgər pul qazanmasa, öz işçilərinə pul verə bilməz, inkişaf edə bilməz, böyüyə bilməz, qazanc əldə etməyən şirkət varləğını davam etdirə bilməz. 

Mənfəət bir nəticədir. Hər hansı bir şirkətin mənfəət əldə etməsi, o şirkətin doğru sahədə fəaliyyət göstərdiyinin, düzgün insanlarla iş birliyi etdiyinin, məhsuldar çalışdığının sübutudur. Bunlar olmasa, şirkət də uzunömürlü olmayacaqdır. 

Mənfəət yaxşı və doğru görülən işin mükafatıdır. 

Şirkətlərin məqsədi qazanmaq deyilsə, nədir bəs?

İnsanlar hansısa məhsula pul ödəyib alırlarsa, bu o deməkdir ki, bu xidmət insanlar üçün faydalıdır. Məhz bu, şirkətlərin yaranma səbəbidir. Şikətlər faydalı məhsullar ilə insanları təmin edərək əslində cəmiyyətə xeyir verirlər. Şirkətlərin yaranma səbəbi və məqsədi də bu olmalıdır- xeyir vermək! 

Şirkət, hansı vəziyyətdə ne etməli olduğunu bilməlidir. Bir şirkətin, eynilə bir insan kimi öz varlıq səbəbini kəşf etməsi həyati əhəmiyyətə malikdir. 

Mən, şirkətlərin " nə üçün var olduqlarını" anlamadan düzgün qərarlar verə bilməyəcəklərini, doğru yol tapa bilməyəcəklərini, istədikləri nəticəni görə bilməyəcəklərini düşünürəm. 

Şirkətlər də eynilə insanlar kimi ancaq öz məqsədləri istiqamətində yorulmadan uzun müddət çalışsalar, qarşılarına çıxan çətinliklərin öhdəsindən gələ bilərlər və uğurlu gələcəyə nail olarlar. 

 

Vüqar Bağırov

 

ŞƏRH YAZIN