Yaxşı biznes planı qurmağın 9 yolu

0
2092
Yaxşı biznes planı qurmağın 9 yolu

1. İşə bir xülasə hazırlamaq ilə başlayın. Yazdığınız xülasəyə işiniz haqqında açıqlayacı bir məlumatlandırma hissəsi, işinizdə təmin edəcəyiniz xidmətlər, işinizin qarşılaşacağı rəqabət, maliyyə vəziyyət analizi, işinizin hədəfləri, məqsədləri və digər əhəmiyyətli məlumatları yerləşdirməlisiniz. İş planınızı hazırlayarkən bu xülasədəki məlumatları digər hissələrdə açıqlamalısınız.  

2. Məqsədlərinizi, missiyanızı və işiniz ilə bunlara necə çatmağı hədəflədiyinizi müəyyən edin. Burada vaxt keçdikcə işinizi harda görmək istədiyinizi də bildirə bilərsiniz. Müvəffəqiyyət açarı olaraq bu hədəflərə necə çatmağı planladığınızı və işinizin niyə digərlərindən fərqli olduğunu göstərməlisiniz.  

3. İşinizin necə başlayacağını açıqlayın. İşinizi icra edəcək olan şəxslər haqqında məlumat verin, təcrübə və xüsusiyyətlərindən danışın. Başlanğıc xərclərinizi və işinizə başlamaq üçün nə qədər pula ehtiyacınız olduğunu qeyd edin.  

4. İşinizin təklif edəcəyi xidmətləri müəyyən edin. Xidmətləriniz haqqında ətraflı məlumat verin və niyə sektorda bir fərqlilik yaradacağınızı qeyd edin.  

5. İşinizin daxil olduğu bazarı müəyyən edin və işinizin bazarın hansı müəyyən bir seqmentinə xitab edəcəyini açıqlayın. Demoqrafik məlumatlardan faydalanın. İşinizin qərargahı düşündüyünüz sahənin alver vərdişlərindən bəhs edin. Anket və araşdırma işlərinizdən və bunların nəticələrindən danışın.  

6. Rəqiblərinizdən necə bir addım qabaqda olduğunuzu göstərin. Satış və marketinq planlarınızı, strategiyalarınızı göstərin. Həmçinin, işiniz ilə əlaqədar planlaşdırılan kilometr daşlarını göstərən bir bölmə hazırlayın. Burada hansı tarixlərdə, nələri reallaşdırmağı planladığınızı göstərin. Məsələn, açılış etməyi planladığınız gün ilə Kilometr daşlarına başlaya bilərsiniz.  

7. İşinizin maliyyə planlarından bəhs edin. Bu hissədə balans hesabatı, xeyir/ziyan analizinizi, pul vəsaitlərinin hərəkəti, avadanlıq siyahınızı, lazım olan sərmayələri, borc/kredit tələblərinizi, mənfəət və zərər vəziyyət analizinizi göstərməlisiniz. Həm də hesablamaları hansı ehtimalları nəzərə alaraq etdiyinizi da burada ifadə etməlisiniz.

8. Vergi qaytarmaları, icarə lizinq müqavilələri, tədarükçü yazışmaları, müştərilər, iş yerinizdə işləyənlərinin CV-lərini və işiniz haqqında əhəmiyyətli sayıla biləcək, dəstəkləyici hər şeyi iş planınıza əlavə edin.  

9. Bir baş səhifəsi hazırlayın, iş planınızın məzmununu göstərən cədvəli əlavə edin və bunu gözəl bir şəkildə təşkil edərək təhvil verin.

 

ŞƏRH YAZIN