Virtual Reallıq

0
2196
Virtual Reallıq

Həyatımızın  bir  parçası  olan texnologiya gündən-günə inkişaf etdikcə  bizləri  də təəccübləndirməyə davam edir. Necə ki 50 il əvvəl  insanlara  kompyuterlər  imkansız və maraqlı, 20 il  əvvəl  video oyunlar   maraqlı  gəlirdisə  artıq  insanlar üçün   bunlar adi  bir əşyaya  çevrilib. İndi  isə  insanları   Virtual  reallıq  cihazları  təəccübləndirir. Bunun  nə  olduğu  haqda  çox  insanın məlumatı  olsa  da bundan  istifadə  etmək  hələ  bir  o qədər  də  yayılmış  hal  almayıb.

Bu  cihazın  ilk  protatipi   1968-ci  ildə  İvan Sutherland   yaradılmışdır. İndi  olduğu  kimi  o  zamanlar da   bundan  istifadə geniş  yayılmamışdı. Çünki  o  zamanlar   bu  cihaz  indikindən  daha  ağır,  daha böyük  idi. Bu  isə  insanlarda  yaxşı   fikirlər  oyatmırdı. Eləcə  də, həmin  illərdə  texnologiyanın inkişafının  tamam   başqa  cığırda  irəlliləməsi  bu  sahənin  inkişafını   dayandırdı. Daha  sonralar  bu sahəyə  maraq  bu  gün  hamımızın  bildiyi Oculus Rift kimi Virtual  reallıq cihazlarının yaradılmasına gətirib  çıxardı.  Bu  gün  oyun,  video  sadəsində istifadə  edilməsinə  baxmayaraq  bu cihazlardan orduların  təlim  məşqlərində  də istifadə  edilir. Bundan  başqa   tibb  elmində  müxtəlif fobiya-ların yox  edilməsində  də  istifadə  olunur.
 
Bu  cihazlar  sayəsində  insan  real  dünyadan  təcrid  olunmuş  halda  olduğu  video,  oynadığı   oyunu yaşayır. Bu  sahədə  ən  geniş  yayılmış  Virtual  reallıq   kaskları  isə Oculus Rift  kasklarıdır. Bunlardan  əlavə  qiymətcə  ucuz  muxtəlif  kasklar  da  vardır  ki,  bunlardan da  yalnız   nəzərdə tutulmuş  videolara  baxmaq  üçün  istifadə  edə  bilərsiniz.
 

ŞƏRH YAZIN