Sevdiyin İşi Seç Ki, Yorulmayasan...

0
4845
 Sevdiyin İşi Seç Ki, Yorulmayasan...

İki qızıl axtaran Kaliforniyada bir dağın yamacında iki aydan bəri çalışır,amma heç cür qızıl tapa bilmirdilər.İllərlə bu işlə məşğul olan Bill heç də yorğun görünmürdü.Amma Kaliforniyaya sırf gəzmək üçün gəlmiş və dostuna qoşulmuş Sam canından bezmişdi.Bill gələcəkdən ümidli idi:
- Məndən ayrılma Sam,bir gün mütləq çoxlu qızıl tapacağıq. 
- Kim bilir ? –dedi Sam.
Hər qazanda Sam bədəninin çox ağrıdığını hiss edirdi,günəş belini yandırırdı.Axşama tərəf Bill birdən sevincdən qışqırdı:
- Budur,Sam,görürsən? Parıldayan qızıl parçalarını görürsən? Xoşbəxtlikdən Billin gözləri parıldayırdı.Sam parıldayan qızıl parçalarına nifrətlə baxırdı. 
- Üzr istəyirəm,Bill,amma çox da bir şeyə bənzəmirlər.
Ertəsi gün axşama kimi işləmələrinə baxmayaraq,çox az qızıl tapdılar.Sam artıq çox bezmişdi. 
- Məndən bu qədər –dedi və kluba döndü.Paltarlarını dəyişdirdi.Bir vəda məktubu qoydu və bunları yazdı: 
“Tapacağın bütün qızıllar sənin olsun.Ölənə qədər işləmək mənlik deyil.Varlı olmağın yəqin ki, başqa yolu da var.”  
Ordan ayrıldı və bir daha geri dönmədi.Bill məktubu oxudu,sonra mədəni qazmağa davam etdi. Çox keçmədən qızıl təbəqəsinə çatdı.Artıq varlı olmuşdu.Sam səbrli olsaydı,o da varlı olacaqdı. Amma dünya ədəbiyyatı Samuel Langborne Klemensinin “Mark Tvein” təxəllüsü ilə yazacağı qiyməti bilinməz əsərlərdən məhrum qalacaqdı.
 
Korrektə etdi: Günel İbadova

 

ŞƏRH YAZIN