10 Milyon Dollarlıq Dərs

0
6790
10 Milyon Dollarlıq Dərs

“IBM”in qurucusu Tom Vatsonun köməkçilərindən biri, şirkətə 10 milyon dollara başa gələn böyük bir səhv edir. Onu dərhal müdirin otağına çağırırlar. Hər kəs onun işdən qovulacağından son dərəcə əmindir və adamın özü belə, otağa girər-girməz başına nə gələcəyindən əmin bir şəkildə, "Bilirəm ki, istehfamı istəyirsiniz"- deyir. Ancaq Vatson, edilən səhvlərdən alınan dərslərin ən yaxşı bilik olduğunu izah edən və hər kəsi şoka salan bu cavabı verir : "Zarafat edirsən? Sənin 1 dərsin üçün 10 milyon dollar xərclədik və təhsilinə bu qədər pul xərclədiyimiz birinin işdən ayrılmasına əsla icazə verə bilmərəm..."

Bu həqiqətən baş vermiş bir əhvalatdır və həyatda başımıza gələn xoşagəlməz hallara qarşı, necə münasibət bəsləmək lazım olduğunu başa salan ibrətamiz bir hekayədir. Aldığımız zərbə nə qədər ağır olsa da, dəymiş zərər nə qədər böyük olsa da, əvəzinə o qədər böyük dərs almış oluruq. Belə olan halda, o dərsin haqqını vermək, daha da böyük qüvvə ilə ayağa qalxmaq, daha sərt bir zərbəylə həyata cavab vermək lazımdır. Əgər, belə acı təcrübələr nəticəsində lazım olan dərsi ala bilsək, istənilən işin öhdəsindən bacarıqla gəlmək üçün bizə heç bir şey maneə ola bilməz.

Amma lazım olan dərsi ala bilməsək, deməli pis tələbəyik və “dərs prosesi” getdikcə uzanar, “təhsil xərcləri” artar, həyat dözülməz olar. Eyzenhauer demişkən: “Zəfərlər ucuz qiymətlərə alına bilməz”.

Dəyərini əvvəlcədən ödədiyiniz dərslərinizi yaxşı mənimsəyin!

 

 

 

 

ŞƏRH YAZIN