Ailəsi Arzusunu Gerçəkləşdirməyincə ...

0
2603
Ailəsi Arzusunu Gerçəkləşdirməyincə ...

O, qarşısına məqsəd qoydu və 3 ilin içində bütün həyatını başdan yarada bildi. Halbuki, o günə kimi o ancaq ailəsinin verdiyi xərcliklə başını dolandırırdı və birdən-birə 250 milyon dollarlıq dövriyyəsi olan bir şirkət qurdu. Çox çalışdı, gecəsini gündüzünə qatdı və istədiyi nəticəni əldə etdi. Söhbət amerikalı Bella Vimsdən gedir. 

Doğum günündə ailəsindən avtomobil istədi. Ailəsindən «qazan, özün al” cavabını alanda qarşısına məqsəd qoydu və zərgərlik dizaynı ilə 250 milyon dollar qazandı. İnandırıcı olmaya bilər, ancaq amerikalı Bella Vims bu möcüzəni gerçəkləşdirdi.

Zərgərlik dizaynerliyinə həvəsi olan Bella əvvəlcə dostlarını müştəri olaraq seçdi. Sonra "Oriqami Oul" adı altında qurduğu şirkətlə özü kimi daş-qaş dizayneri olanları bir yerə toplayaraq bir şəbəkə qurdu. Daimi olaraq təşkil etdiyi şənliklərdə düzəltdikləri bəzək əşyalarını satmaq imkanı olan fərdi dizaynerlər eyni zaman professional alıcılarla da görüşmək imkanı tapdı.

Satışlardan əldə edilən gəlirlərin üzərinə bərabər dizaynerlik təlimini də gələndə 2011-ci ildə 280 min dollarlıq bir büdcəyə nail olundu. 2012-ci ildə gəlir 86 dəfə artdı. İndi isə 19 yaşındakı Bella Vims 250 milyon dollarlıq və 25 min müstəqil dizaynerdən ibarət olan bir komandanın başçısıdır.

 

Korrektə etdi: Günel İbadova

ŞƏRH YAZIN