Ana Qayğısı Şizofren Oğlunu Mühəndis Etdi.

0
2394
Ana Qayğısı Şizofren Oğlunu Mühəndis Etdi.

"Oğlum şizofren və çarəsi yoxdur" deyib ümidsizcə gözləmədi Aysel Doğan. 18 yaşındakı oğlunun xəstəliyini öyrəndiyi gün," bu qalıcı bir xəstəlikdir, lakin necə mübarizə apara bilərəm?" deyə fikirləşmiş.

Yaşadığı çətin günlərdən yola çıxaraq Dünya Şizofreniya Dərnəyini qurmuşdur. Bundan əlavə yaşadıqlarını "Acılarım, Oğullarım və Şizofreniya" adlı kitabında yazmışdır. Dörd oğlan övladı olan Doğan, iki övladını illər əvvəl itirmişdir. İki övlad acısı yaşadıqdan sonra, üçüncü oğlunun da şizofreniya xəstəsi olduğunu öyrənən zaman çəkdiyi əzablar daha da artmış. "İki övladımı qara torpağa verdim, üçüncü övladımsa yanımda idi, lakin məndən uzaqda durur, ona heç cür çata bilmirdim" deyirdi. Bu xəstəliyə qalib gəlməyə söz verən Ana, oğluna daima cəsarət verərək səbr etməsi lazım olduğunu aşılamış. Doğan yaşadıqları haqqında bu cür danışır: "Bəzən Eyyub Peyğəmbər ağlıma gələrdi. Hz.Eyyub yeddi il xəstəliyinə səbr edib dözmüş, peyğəmbərlik mərtəbəsinə çatmışdır. `Allah`ım oğluma da Eyyub peyğəmbərin səbrindən nəsib et, dözüm gücü ver" deyə gecə-gündüz dua edirdim.  Aysel Diğanın oğlu Serdar Doğan isə indi 42 yaşında və bu il Ulduz Texniki Univeriteti Xəritə Mühəndisliyi fakültəsində oxumağa başlayacaq. Doğan, başqalarına da ümüd aşılamaq üçün könüllü olaraq açdığı Dünya Şizofreniya Dərnəyində digər xəstələrə də öz övladı imiş kimi davranır, hər biri ilə tək-tək maraqlanır. Şizofreniya xəstələrinə bu xəstəliyə qalib gəlmələri üçün dərmanlardan əlavə alternativ müalicə imkanları da təqdim edir. Məsələn, dərnəkdə açdığı xalça toxuma, saz, folklor kursu kimi məşğələlər xəstələrinin motivasiya sferasını yüksəldir. Kurslara qatılan Serdar Doğan, " dərmanlar qədər kurslar da mənə təsir etdi. Bu işə başlayanda xəstəliyimi unuduram" deyir.
 
Şizofreniya xəstəliyi ilə mübarizə aparanlardan biri də Bülent Şahindir. 30 yaşındakı Şahinin qüsuru məktəbdə olarkən üzə çıxmışdır. Xüsusi bir şirkətdə təhlükəsizlik işçisi vəzifəsində çalışan Şahin, 15 ildir ki müalicə alır. Bütün qazancını ailəsinə verdiyini bildirən Şahin, eyni zamanda Dünya Şizofreniya Dərnəyinin folklor qrupunda yer alır. Bu folklor qrupu isə Hollandiya və Almaniyada nümayiş olunan xalq  tamaşalarında sağlam insanlarla yarışaraq üçüncülük medalı ilə Türkiyəyə geri dönmüşlər. Onlar şizofreniya xəstələrinin də normal insanlar kimi həyat sürdüyünü, fəaliyyət və beynəlxalq yarışlara qatıldıqlarını göstərməyə çalışırlar. 

Tərcümə edən: Cəlalə Yəhyalı

ŞƏRH YAZIN