Balaca Ağıllı Bir Uşaq..

0
9472
Balaca Ağıllı Bir Uşaq..

Bir zamanlar balaca bir uşaq məktəbə başlamış. Çox balaca bir uşaq imiş. Məktəbsə böyük bir məktəb imiş. Lakin balaca uşaq bağça tərəfdən sinifə yeriyərək gedə biləcəyini öyrənəndə xoşbəxt olmuşdur. Bundan sonra məktəb ona əvvəlki qədər böyük görünməməyə başlamış. 

Bir səhər balaca uşaq məktəbdəykən müəllimi səslənmiş: “Bugün bir gül rəsmi çəkəcəyik”.Balaca çox sevinmiş. Şəkil çəkməyi çox sevirdi. Hər çür şəkil çəkə bilirmiş. Aslanlar, şirlər, toyuqlar, qatarlar, gəmilər.. Sulu boyalarını çıxartmış və başlamış şəkil çəkməyə.Lakin müəllimi: “Gözləyin, hələ başlamayın!” deyə qışqırmış. Və hər kəs hazırlaşana qədər gözləmişlər. “İndi...” demiş müəlimi, gül şəkli çəkəcəyik. Balaca  uşaq çox sevinmiş. Gözəl güllər çəkməyə başlamış. Çəhrayı, narıncı, mavi, rəngarəng çiçəklər...
 
Ancaq müəllimi “Gözləyin, mən sizə necə edəcəyinizi göstərəcəm” demiş. Lövhəyə bir gül şəkili çəkmiş. Budağı yaşıl, gövdəsi qırmızı imiş. “Bax belə. Yaxşı, indi başlaya bilərsiniz” söyləmiş. 
Balacamız müəlliminin çəkdiyi çiçəyə baxmış, sonra da öz çəkdiyinə. Özünün çəkdiyi gülü daha çox sevmiş, lakin bunu müəllimə deməmiş. Kağızın digər üzünü çevirmiş və müəllimi çəkdiyi çiçəyə oxşar bir şəkil çəkmiş: yaşıl budaqlı, qırmızı rəngli bir çiçək...
 
Başqa bir gün uşaq qapını özü açmağı bacardığı zamanda müəllimi: “bugün xəmir hazırlayacayıq” demiş. Balaca uşaq çox sevinmiş, xəmirlə oynamağı çox sevirdi. Xəmirdən müxtəlif şeylər hazırlaya bilirmiş; ilanlar, şaxta babalar, fillər, pişiklər, maşınlar.. Xəmirini yoğurmağa başlamış. 
Lakin müəllimi: “Gözləyin! Hələ başlamayın” deyə yenə qışqırmış. Hər kəs hazırlaşana kimi gözləmişlər. “İndi” demiş müəllimi, boşqab düzəldəcəyik. Balaca çox sevinmiş, boşqab hazırlamağı çox sevirmiş. Müxtəlif ölçülərdə və formalarda boşqablar hazırlamağa başlamış. 
 
Müəllim hər kəsə dərin bir boşqab necə hazırlanır, göstərmiş. İndi başlaya bilərsiniz, demiş. 
Balaca uşaq bir müəlliminin hazırladığı boşqaba baxmış, bir də öz boşqabına. Özü hazırladığı boşqabı daha çox bəyənmiş, amma bunu heç kimə demədi. Xəmirini yenidən top formasına gətirmiş və müəllimininkinə  bənzər bir boşqab hazırlamış. Bu dərin bir boşqab idi.Nəhayət, balaca uşaq gözləməyi öyrənmiş, izləməyi də. Müəlliminkinə bənzər şeylər hazırlamağı da. Çox keçmədən özünə xas nələrsə hazırla bilməyən hala gəlmiş. 
 
Daha sonra balaca uşaq və ailəsi başqa bir şəhərdə yeni bir evə köçmüşlər. Və balaca başqa bir məktəbə getmək məcburiyyətində qalmış. Bu məktəb digərlərindən daha böyük idi. Və çöldən içəriyə açılan bir qapısı da yox idi. Böyük pilləkənlardan çıxmaq, sinifinə çatmaq üçün uzun bir koridordan keçmək məcburiyətində qalırmış. 
 
Hələ ilk gün müəllimi: “Bugün şəkil çəkəcəyik” demiş. Balaca çox sevinmiş. Müəlliminin mövzu verməsini gözləmiş. Amma müəllim heç bir şey söyləməmiş. Sadəcə sinifin içində, şagirdlərin arasında gəzişmiş. Balaca uşağın yanına gələndə, “şəkil çəkmək istəmirsən?” deyə soruşmuş. “İstəyirəm” demiş balaca. “Nə çəkəcəyik?” Müəllimi:"buna sən qərar verəcəksən"- demiş. “Hansı rənglə boyayacayıq?”- deyincə, müəllimi, hansı rənglə istəyirsənsə deyə cavab vermiş. “Əgər hərkəs eyni şəkili çəkərsə, eyni rənglə rəngləyərsə, kimin nə çəkdiyini necə başa düşə bilərəm?”- deyə soruşmuş müəllimi: “Bilmirəm”-demiş,  balaca uşaq çəhrayı, narıncı və mavi çiçəkləri çəkməyə başlamış. Yeni məktəbini çox sevmiş ön darvazadan sinifə girilən bir qapısı olmasa belə!
 
 
Tərcümə edən: Cəlalə Yəhyalı
 
Korrektor redaktor:Salmanlı Ayna
 

ŞƏRH YAZIN