Bapbalaca boyu var amma ...

0
2901
Bapbalaca boyu var amma ...

 Sadəcə 10 yaşı var amma qazandığı uğuru bir görsəniz... Nyu-Cersidə yaşayan 10 yaşlı Kori Neves 5 il əvvəl anasının köməyi ilə öz şirkətini qurub. O, 2009-cu ildə – hələ 5 yaşında ikən anasının yanında işləməyə başlayır və “Mc Corys Cookies” adlı qurabiyə şirkətini qurur.


Ailəsinin ona göstərdiyi kömək nəticəsində işlərini sürətlə böyüdən balaca oğlan öz şirkətinin icraçı direktoru (CEO) olur. 

Az yaşında əldə etdiyi uğurla şöhrət qazanan Kori bir sıra məşhur televiziya proqramlarına da qonaq çağırılır. O, gələcəkdə işlərini daha da böyütmək, fəaliyyətini genişləndirmək fikrindədir. 

Məktəbə avtobusla gedib-gəlməkdən bezən balaca biznesmen artıq özünə avtomobil də alıb.

ŞƏRH YAZIN