Bir Uğur Əhvalatı: Google

0
3653
Bir Uğur Əhvalatı: Google

Qarşısına məqsəd qoyub həqiqətən bacarmağın bir çox yolundan birini keşf edə biləcəyimizə aid gözəl və  həqiqi bir uğur hekayəsi.

1938-ci il idi. Amerkalı riyaziyyatçı Edvard Kasner işdən sonra evinə gəldi. Qapıda uzun vaxt idi ki, görmədiyi qardaşı oğlunu görəndə bir anlıq Kasnerin bütün yorğunluğu dağıldı. Bütün sevgi və məhəbbəti ilə usağı qucaqldı. Uşaqla zarafatlaşan Edvard soruşar: “ Söylə baxaq sənə çox böyük bir rəqəm versəm, onu təyin edən bir söz uydur desəm nə deyərsən?”
Uşaq bir az düşündü sol gözünü bir az qirparaq  “GOOGLE” dedi. Kasnerin bu sözdən çox xoşu gəldi. Beləcə “10 əsası 100 E” google adını verdi.  Uzun  zaman sonra başqa bir riyaziyyatçı “ 10 əsası 100 E googole play” demək daha  məntiqli və gözəl səslənir dedi. Bu ad çoxları tərəfindən mənimsənildi, artıq hər kəs bu cür deməyə başladı.
 
Bir gün iki dost söhbət edirdi.
- Sergey, bilirsən nə düşünürəm? univeristeti bitirib birlikdə iş quraq. Birlikdə çox şeyə nail olarıq. Nə deyirsən?
- Haqlısan Larry. Səninlə həm fikirəm.
 
Nəhayət univeristet bitdi. Yeni məzun iki mühəndis yeni tipli bir iş etmək istədilər. O zamanlar internetdə axtarış sistemləri qeyri-kafi idi. Bu sahə olduqca cəlbedici idi. Amma bu iki gəncin maliyyə təmin etmək üçün kifayət qədər təcrübələri yox idi.
İki ağıllı insan bizə kim kömək edə bilər deyə düşünürdü. Birdən ağıllarına çox parlaq bir fikir gəldi. Özləri kimi Stanford məzunu olmuş amerikalı iş adamına getmək. Bu adam varlı və informasiya sektorunun qabaqcıllarından Andy Becholsheim idi.
Ona layihəmizi danışaq, özümüzü yoxlayaq. Danışmaqla nə itirəcəyik ki? –deyə öz aralarında  danışırdılar. Və onlar iş adamının evinə gəldilər. Lakin dəfələrlə onunla görüşmək istəkləri uğursuz oldu.
Bir gün iki gənc ümidsiz halda yenə iş adamı – Mistir Becholsheimi soruşarkən arxadan bir səs – “buyurun mənəm”- dedi.
Onlar təəccübləndilər. Günlərdir danışmaq istədikləri adam qarşılarında idi. Fürsətsdən istifadə edib 15 dəqiqə boyunca nəfəs almadan öz layihələrini danışdılar.
-Qurtardımı?
Gənclər əliboş dönəcəyini anlayıb, məyus bir şəkildə “ bəli, qurtardı” dedilər.
Məhşur iş adamı dedi: “ dedikləriniz mənə çox inandırıcı gəldi. İndi sizə 100.000 dollarlıq çek verəcəm. Buyurun dediklərinizi həyata keçirin!
Çox sevinərək işə başlayan iki gənc ilk olaraq özləridə riyaziyyatçı olduqları üçün, dahi bir riyaziyyatçının xatirəsinə lahiyəyə onun tapdığı “Google” adını verməyi qərara aldılar. Daha sonra bu sayt “Google play” adlandırmaq onlara daha xoş gəldi. Sonralar  tələffüzdəki çətinlik səbəbi ilə “google” adlandırıldı. Hal hazırda dünyada bir nömrəli axtarış saytıdır….
 
Bu sadəcə iki gəncin xəyallarını həyata keçirdiriyi bir hekayədir. İndi isə növbə sənindir. İmkansız dediyimiz şeylər əslində bir yoluna tapdığımız zaman  asanlıqla həyata keçməsi mümkündür. Sadəcə cəht et….
 
 
Tərcümə edən: Mehralıyeva Bəsti
 

ŞƏRH YAZIN