Fərdi İnkişafın Təməli: Ağrı

0
2747
Fərdi İnkişafın Təməli: Ağrı

 

Fərdi inkişafa həm ölkəmizdə, həm də ətraf ölkələrdə çox maraq göstərilməyə başladı. Motivasiya seminarları, müvəffəqiyyət kitabları və sıfırdan başlayaraq milyonlara xitab edən insanların hekayələri böyük bir tətikləyici oldu. Bütün bu motivasiya, müsbət düşüncə, müsbət şeyləri etmək insanları xoşbəxt edən şeylərdir. Lakin bu yazımda mən fərdi inkişafın daha fərqli və ən vacib aspektlərindən bəhs edəcəyəm. İçindəki ağrı!

Həyatım boyunca müsbət düşünən bir insan oldum. Müsbət düşünmənin, şən olmanın və ətrafa sevinc yaymağın əlbəttə çox faydasını gördüm. Bu an gəldiyim nöqtəyə baxdığım zaman əslində məni inkişaf etdirən şeyin bunlar olmadığını fərq etdim. Bütün bunları həyatımı daha kefli və keyfiyyətli qəbul etmək mövzusunda mənə dəstək olurdu, lakin elə bir duyğu var ki bütün inkişafımı və uğurumu  ona borcluyam. Bu duyğu içimdəki ağrıdır. "Yox daha nələr ağrımı?" Dediyini eşidirəm sanki.
Hal-hazırda 1 milyard dolların olsaydı bu yazını harada oxuyurdun? Bu an olduğun evdə, iş yerində və ya məktəbində yoxsa xəyalında olan yerdə? Bu an olduğun şərtlərdən məmnunsansa onu niyə dəyişirsən ki? Əgər buradakı standartların sənə kafi gəlirsə onları dəyişdirmə ehtiyacı hiss etməzsən. Qısaca artıq "rahatlıq sahəsi" deyilən yerdə yaşayırsan. Rahatlıq sahəsi sənin etibarlı bölgəni və təəssüf ki, tənbəllik kimi davranışlara çox uyğun bir sahədir. Səni bu sahədən çıxaracaq ən təsirli şey ağrıdır. Daha yaxşı şərtlərdə yaşamaq istəmənin ağrısı. Olduğun şərtləri bəyənməmə və daha yaxşısına sahib olmaq istəmənin ağrısdı.
 
Bu söz fərdi inkişafı çox gözəl yekunlaşdırır. Ağrı olmadan qazanc olmaz. Sənə kiçik bir hekayə izah etmək istəyirəm. Hər kəsin çox yaxşı tanıdığı  Silvester Stallone haqqında. Çoxumuz onu Roki olaraq tanıyırıq.
Silvester əlində Rokinin ssenarisiylə 150 dəfə istehsal şirkətlərinə getmiş gənc bir ssenari müəllifi və aktiyor idi. O dövr 10 dənə istehsal şirkəti olmasına baxmayaraq hər birinə ən az 15 dəfə getdiyini söyləyir. Bir dəfə qapılarında yatıb qalmış. Maddi baxımdan ən çətin vəziyyətlərində yoldaşı və itiylə birlikdə uzun müddət ac qaldıqlarını və sərinləmək üçün 5 km uzaqlıqdakı kitabxanaya getdiklərini söyləyir. O dövrdə yoldaşının bir qohumu Silvestera marketdə bir iş tapmış. Aylıq 900 dollara yaxın pul qazana biləcəyi bütün dərdlərindən xilas olacağı qarnını doyurub, sərinləmə və sığınma ehtiyaclarını qarşılaya biləcəyi bir iş idi. Sən olsaydın bu işi qəbul edərdinmi? Çoxu insanın cavabı bəli olur. Lakin maraqlıdır ki Silvester bu işi qəbul etməyib yemək yeyə bilmək üçün itini, can dostunu 50 dollara satmış. O işi niyə qəbul etmədiyi soruşulduğunda yazımın mövzusu olan ağrı haqqında möhtəşəm sözləri söyləmişdir:
 
"O dövrdə əlimdə xəyallarımı təmsil edən bir ssenari var idi və o ssenarinin filmini çəkə bilməmənin ağrısını içimdə hər gün hiss edirdim. Əgər işi qəbul etsəydim bir az da olsa rahatlaşacaqdım, standartlarım yüksələcəkdi və içimdəki ağrı azalacaqdı. Ssenarim bir küncdə qalacaqdı. O işi qəbul etməyərək içimdəki ağrını qorudum. Bundan 6 ay sonra mənim itimi 3.000 dollara satın ala biləcək gücə çatmışdım. Bütün bunları içimdəki ağrı sayəsində bacardım. "
 
Bu nümunədən də gördüyün kimi qiymətli dostum içində ağrı varsa özünü inkişaf etdirmək üçün bütün riskləri götürərsən. Ancaq rahat bölgədəsənsə və oradan çıxmağa niyyətin yoxsa fərdi inkişafın yalnız kitablarla məhdud qalacaq. Xəyallarına çatmaq üçün sənin içində hansı ağrı var?
 
 
Tərcümə etdi: Bəsti Mehralıyeva
 

ŞƏRH YAZIN