Bu Ölkədə Kitab Oxuyana Avtobus Pulsuzdur.

0
2005
Bu Ölkədə Kitab Oxuyana Avtobus Pulsuzdur.

Ruminiyada Kaloşvar bələdiyyə başçısı Emil Boc kitab oxumağa marağı artırmaq üçün olduqca qeyri-adi bir layihə hazırladı. Layihəyə görə kitab oxuyanlar, əlində kitab olanlar müəyyən tarixlərdə bələdiyyənin avtobuslarına pulsuz minərək səyahət edə bilirlər.

Layihənin təşəbbüskarı olan Victor Miron məqsədinin "daha çox insanı kitab oxumağa sövq etmək" olduğunu söyləyir. Layihəni facebookdan görən bələdiyyə başçısının bunu reallaşdırmaq istəməsi Victor Mironu olduqca məmnun etmişdir. Bir il ərzində bu oxuma layihəsi öz təsirini dünyada səs gətirərək göstərmişdir. Miron, "kitab oxumayanları günahlandırmaq əvəzinə kitab oxuyanları mükafatlandırmağın" insanları həvəsləndirəcəyini deyir.

Tərcümə edən: Cəlalə Yəhyalı

ŞƏRH YAZIN