Uğur qazanmış insanların ilk uğursuzluqları

0
5343
Uğur qazanmış insanların ilk uğursuzluqları

Uğursuzluqla qarşılaşdığına görə xəyallarından əl çəkən, eşitdiyi sözlərə görə həvəsini və ümidini itirən, qarşılaşdığı çətinliklərdən yorulub yarı yolda arzularından imtina edən insanların hekayələrini, yəqin ki, eşitmisiniz. Bəlkə sizin də belə hekayəniz var. Bir də uğur qazanmış məşhur insanlar var ki, onların da həyatında bu cür hekayələr olub, ancaq onlar xəyallarından əl çəkməyib, səylə çalışaraq uğur qazanıblar.


Məşhur insanlardan bəzilərinin ilk uğursuzluqlarına nəzər salaq:

Albert Eynşteyn
4 yaşına qədər danışa bilməyən Eynşteyn danışmağa kəkələyərək başlayıb. Disleksiya xəstəliyi olduğuna görə öyrənməkdə çətinlik çəkirdi. Buna görə də müəllimləri valideynlərinə “bu uşaq məktəbi bitirə bilməz, o heç vaxt uğur qazanmayacaq” demişdilər və onu məktəbdən uzaqlaşdırmışdılar. Ancaq o, öz kəşfləri ilə adının önünə “dahi” sözünü yazdıra bildi.

Henri Ford
Ford Motor Şirkətini yaratmazdan əvvəl düz 5 dəfə iflas etdi.

Harrison Ford
İlk filmi, demək olar ki, heç kim tərəfindən izlənilmədi.

Çarli Çaplin
İlk vaxtlar Çaplin heç bir Hollivud studiyası tərəfindən qəbul edilməmişdi.

Oliver Stoun
Oskar mükafatı ilə təltif olunmuş rejissor Stoun universitet illərində olduqca müvəffəqiyyətsiz idi. Kitab yazmağı qərara aldı, amma kitab yayımlanmadı. Universiteti bitirdikdən sonra Vyetnamda müəllimlik etdi. Sonralar çəkdiyi filmlər ona uğur qazandırdı.

Cek London
Amerikalı yazıçı Londonun ilk əsəri 600 nəşriyyat evi tərəfindən rədd edilmişdi.

Motsart
Beş yaşında bəstə yazmağa başlayan Motsart həyatı boyu aristokrat təbəqənin diqqətini cəlb etməyə çalışıb.

Pablo Pikasso
1981-ci ildə İspanyada dünyaya gəlib. Doğumu olduqca çətin olub. Dünyaya gəldikdən sonra bir müddət nəfəs ala bilməyib. 11 yaşına qədər oxumaq, yazmaq və hesablamağı öyrənə bilməyib. İmtahanlarından müəllimlərinin yardımı ilə keçib. Miqren xəstəliyindən əziyyət çəkən Pikasso eyni zamanda, dikleksiya xəstəsi idi. Bir müddət həyatını pulsuz və ac yaşayıb. Bir rəsmin 36 fərqli versiyasını yaradıb. Bu işi ilə dövrün sənətkarlarını təqlid etməkdə günahlandırılıb. Ancaq o, 20-ci yüzilliyin ən məşhur rəssamı olub. 91 yaşında vəfat edib və son gününə kimi rəsm çəkməklə məşğul olub. Həyatı boyunca 22 mindən çox sənət əsəri yaradıb.
 

ŞƏRH YAZIN