Diplomları Yox, Pulları Çox.

0
3791
Diplomları Yox, Pulları Çox.

Onlar oxuya bilmədilər və ya oxumadılar. Hər hansısa bir səbəbdən diplomları belə olmadı. Lakin sərvətləri boylarını keçdi. Bəs bunu necə bacardılar? Budur diplomsuz milyonçular..

Siyahıda Türkiyədən Ahmet Nazıf Zorlu adında biri də yer aldı. Forbes 15 yaşında ailəsinə kömək etmək üçün məktəbi tərk edən Türk iş adamının uğurlu həyat hekayəsinə də yer verdi. 
Forbes jurnalı diplomu belə olmayan 25 məşhur multi milyonçunu açıqladı. 
 
Forbesin siyahısının başında litseyi 17 yaşında olarkən tərk edən Oscar mükafatı sahibi məşhur aktyor Robert De Niro yer almışdır. Litsey diplomu belə olmayan tanınmış milyaderlər arasında olimpiyada çempionu boksçu George Foreman, model Gisele Bundchen, Slikon vadisinin əfsanə adamı Jim Clark, aktyor Sidney Poiter, aktrisa Uma Thurman və Jessica Simpson da yer almışdır.
 
Xəyallarının arxası ilə getmək və ya ailələrinə kömək etmək üçün litseyi belə bitirə bilməyən bəzi məşhur multi milyonçuların maraqlı hekayələri belədir:
 
Amancio Ortega: 
Zara tekstil və mağazalar şəbəkəsinin sahibi işadamı 14 yaşında liseyi tərk etdi. İspaniyanın ən varlı adamı 25 milyard dollara sahibdir.
 
Francois Pinault:
Fransanın ən varlı üçüncü insanı, Gucci, Converse və Somsonitenin sahibi.
 
Billi Joel:
"Columbia Universitetinə getməyəcəm, Columbia Səsyazma şirkətinə gedəcəm. Orada litsey diplomuna ehtiyac yoxdur" dedikdən sonra litseyi tərk etdi. Məşhur Amerikalı Rock and Roll musiqiçisi, 160 milyon dollarlıq bir sərvətə malikdir.
 
Catherine Zeta-Jones:
Londonda 15 yaşında litseyi film ulduzu olmaq üçün tərk edən tanınmış aktrisa. Təxminən 45 milyon dollarlıq sərvətə malikdir.
 
Carl Lindner:
Qapı-qapı süd paylayaraq ailəsinə kömək etmək üçün litseyi tərk etdi. Chiquita bananlarının sahibi və dondurmanın şahı məşhur işadamı. Sərvətinin miqdarı 1.7 milyard dollardır.
 
Richard Branson:
16 yaşında mədəniyyət və sənət jurnalı çıxartmaq üçün məktəbi tərk etdi. 20 yaşında olarkən poçtla daşıdığı disklərdən Virgin disk şirkətini yaratmışdır. Dünya səviyyəsində 200 şirkəti, Qəraiblərdə iki xüsusi adası var. Sərvəti 4 milyard dollardır.
 
Curtis James Jackson (50 Cent):
Məşhur qara dərili musiqiçi New Yorkun Jamaica ərazisində getdiyi məktəbi 12 yaşında tərk etdi.

Tərcümə edən: Cəlalə Yəhyalı

ŞƏRH YAZIN