Pozitiv Enerjinizi Yayın

0
2692
Pozitiv Enerjinizi Yayın

Türk iş dünyasının əfsanəvi iş adamlarından Vehbi Koç iş həyatına bir baqqal dükanında başlayıb.

Ankaranın Çoraklık səmtində dünyaya gələn Koç 15 yaşında Ankara liseyini bitirmədən təsdiqnamə alır. 1917-ci ildə babasıyla və atasıyla görüşərək ticarətə başlayan Vehbi oturduqları evin altındakı dükanı bir sandıq ayaqqabı rezini, bir sandıq şəkər, bir neçə tək kaşar pendiri, zeytun, makaron kimi mallarla baqqal dükanı halına gətirir. Onun vəzifəsi, dükanı açmaq, süpürmək, tozlanan malları təmizləmək, müştərilərin aldığı malları çəkmək ya da saymaq, manqal yandırmaq, şüşələri təmizləmək idi. Ardından dəri işinə girən Koç sonrasında avtomobil və neft işinə qatılır. 1938-ci ildə Koç Ticarət Anaonim şirkətini qurdu. Ardından Demirdöküm, Türkay, Arçelik, Otosan, Aygazı quraraq sürətlə böyüyür. 1963-ci ildə isə, Koç Holdinqin əsasını qoyur. Vehbi Koç 84-ci ildə Koç Holding İdarə heyəti sədrliyini oğlu Rahmi Koça təhvil verdi, amma işi bir an belə buraxmadı. 1900-ci ildə, kiçik bir baqqal dükanından yola çıxan Vehbi Koç dünya səviyyəsində bir birlik yaratdı. 

Vehbi Koç yalnız iş dünyasındakı müvəffəqiyyətləriylə önə çıxmadı. Sosial fəaliyyətləri də nümunə oldu. Xüsusilə, Avropa və Amerika səyahətlərində, böyük iş adamlarının təhsil və səhiyyə sahəsindəki fəaliyyətlərlə adlarını ölümsüzləştirmələrindən təsirləndi. "İşə başlayıb az pul qazandıqdan sonra məhəlləsində, bazarında, xalq arasında möhtac olanlara kömək etməkdən xoşbəxt olduğunu" söyləyərdi,və 1948-ci ildə bir addım atmaq istədi. Bir çox adam məscid tikməsini tövsiyyə etsə də, o Ankara Universiteti Vehbi Koç yataqxanasının təməlini qoydu. Uşaq xəstəxanası olaraq Ankara Qubernatorluğuna kirayəyə verdiyi binanı, uşaq xəstəxanası olaraq istifadə edilməsi üçün xəzinəyə bağışladı. Ankara Universiteti Tibb Fakültəsi Vehbi Koç Göz Bankı, Eskişehir İqtisadi və Ticari Elmlər Akademiyası Vehbi Koç Kitabxana və Araşdırma Binası, ODTÜ Vehbi Koç tələbə yataqxanası, İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsi Kardioloji İnstitutu, Admiral Bristol Xəstəxanası Vehbi Koç Xərçəng Pavyonu, Taksim Atatürk Kitabxana, Vehbi Koç və Ankara Araşdırmalar Mərkəzi onun ictimai sahədəki fəaliyyətlərinin bir örnəkləri idi.

Daha sonra xarici səyahətdən aldığı ilham ilə çələng bağışlarını təhsilə istiqamətləndirmək üzrə Türk Təhsil Vəqfinin quruluşuna liderlik etdi. Ardından 1969-ci ildə təhsil,səhiyyə və mədəniyyət sahəsində fəaliyyət göstərmək üzrə Vehbi Koç Vəqfini qurdu.Türkiyənin əhali və ailə sağlamlığı problemini görən Vehbi Koç 1985-ci ildə Türkiyə Ailə Sağlamlığı və Planlaması Vəqfini qurdu və ölümünə qədər başçılığını icra etdi. Türkiyə Eroziya ilə Mübarizə Fondu TEMA-nın bir nömrəli qurucu üzvü oldu. Artıq ictimai işlərini bu fondlar vasitəsilə yürüdəcəkdi. Bu işlərlə 100 minə yaxın şagird təhsil imkanı tapdı. Bütün bunların ardından Qoç Şəxsi Liseyi, Qoç Universiteti və Sadberk Xanım Muzeyi və s. gəldi.

Vehbi Koç 95 illik müvəffəqiyyətlərlə dolu bir ömrə çox şey sığdırmışdı.Türk insanının müvəffəqiyyət simvolu olmuşdu. Türkiyəni, insanını həmişə ilklərlə, həmişə müasir məhsullarla tanış etmişdi.

Ölkəsinin yaşadığı hər mərhələnin şahidi idi. Bir Respublika Çinarı idi o. Ölkəsi ilə var olan, ölkəsi ilə inkişaf edən, ölkəsini inkişaf etdirən bir çinar. 

"Dövlətim və ölkəm var olduqca, mən də varam" deyən bir çinar.
 
Korrektə etdi: Salmanlı Ayna

ŞƏRH YAZIN