Evsizlikdən Pitsa Çempionatına Doğru Bir Uğur Hekayəsi

0
3347
Evsizlikdən Pitsa Çempionatına Doğru Bir Uğur Hekayəsi

Uşaqlıqda Diyarbəkirdən Kanadaya köçdü. Kanadadan daha sonra ABŞ-a getmək məcburiyyətində qaldı. ABŞ-da küçələrdə yatdı . Amma çox vacib bir uğura imza atdı. Hakkı Akdeniz əzmiylə pitseriya zəncirinə sahibi oldu.

Diyarbəkirli Hakkı Akdeniz Dənizi, evsiz, pulsuz və ac qalaraq böyük əziyyətlər çəkdiyi Nyu-yorkda 3 dəfə dünya pitsa çempionatına qatılarkən, yeddi pitsa və bir taco mağazası sahibi oldu.
 
Diyarbəkirin Silvan rayonunda anadan olan Akdeniz, 1997-ci ildə Kanadaya gedərək təxminən 4 il ögey qardaşının yanında bir pitseriyada işlədi. Bu zaman ərzində Latın Amerikalı bir qadınla ailə quran Akdeniz bir oğlan uşağı sahibi olarkən, sonrakı illərdə uşağını 10 yaşına qədər görə bilmədi. Akdeniz oğlu 10 yaşına gəldiyində ABŞdan Kanada arasındakı sərhədə gedərək sim hörgülər ardında uşağını görmək şansı tapdı.
 
ONU QARŞILAYACAQ ADAMI TERMİNALDA GÜNLƏRLƏ GÖZLƏDİ
Ailəvi məsələlərinə görə ABŞ-ın Nyu-york şəhərinə getmək qərarı alan Akdeniz, evsiz, aç və susuz qaldığı Nyu-yorkdakı ilk günlərini belə dilə gətirdi:
 
“Qardaşımın bir dostu məni avtobus dayanacağında qarşılayacaqdı. Onu avtobus dayanacağında təxminən 3-4 gün gözlədim amma məni qarşılamağa heç kim gəlmədi. Cibimdəki pul da bitdikdən sonra günlərlə küçədə evsiz qaldım.”Akdeniz, daha sonra ABŞ-dakı yeni həyatında günlərlə küçədə yaşadığı həyatı təhlükələrdən keçdi.
 
YATARKƏN, ZİBİLLƏRLƏ BİRLİKDƏ ZİBİL YIĞAN MAŞINA ATILIB
Bir gün səhərə yaxın, küçədə tanış olduğu Seneqallı evsiz dostuyla üzəri örtülü böyük bir zibil konteynerində yatarkən, konteynerə yanaşan bir zibil yığan maşına zibillərlə birlikdə atıldığı anda oyanaraq, zibil kimi üyüdülməkdən son anda xilas oldu və eyni zamanda Seneqallı yoldaşının da canını xilas etdi.
 
Kanadadakı həyat yoldaşına görə İspanca öyrənməsinə baxmayaraq İngilis Dilində bilmədiyini qeyd edən Akdeniz, Nyu-Yorkda evsiz qaldığı dövrdə bu üzdən çəkdiyi əziyyətin daha da çox olduğunu ifadə etdi. Özü kimi İngiliscə bilməyən Seneqallı dostuyla Fransızca danışan Akdeniz, birlikdə müraciət etdikləri evlər sığınacağına, kimliyi olmadığı üçün qəbul etmədiklərini bildirib. Akdeniz, daha sonra başqa bir sığınacağa qəbul edildiklərini bildirərək burada 9 həftə qaldılar
 
SIĞINACAQDA TANIŞ OLDUĞU TÜRK QADIN YOL GÖSTƏRDİ
Sığınacaqda tanış olduğu evsiz bir türk qadının sığınacaqdan çıxıb daha fərqli bir həyata addım atmasına səbəb olduğunu qeyd edən Akdeniz, evsiz qadının onu Manhettanda Sivas bir restoran sahibinin yanına getməsini tövsiyə etdiyini bildirdi,
"O da məni Nyu-Cerseydə başqa bir restoran sahibi ilə tanış edərək, orada iş tapmağımı təmin etdi" dedi.
 
Daha sonra bir neçə fərqli restoranda çalışan Akdeniz, bu arada boks ilə məşğul olmağa başladı, belə ki bu marağı və intizamı çalışmağı onu həvəskar növdə ABŞ Qızıl Əlcək çempionatına çatdırdı.
 
Qabırğasının sındırılmasıyla boksu buraxan Akdeniz, borc pulla 2009-cu ildə kiçik bir pitseriya açaraq, pitsa xəmiri açmaq işinə peşəkarlaşdı. Akdeniz, bir çox sahədə keçirilən akrobatika yarışlarında iştirak edərkən, ilk iştirakda ancaq 87-ci ola bildi. Bu uğursuzluğu onu qorxutmadığını bildirən Akdeniz, daha sonra İtaliyada ABŞ-ı təmsil edərək iştirak etdiyi yarışda dünya birincisi oldu. Akdeniz, ABŞ-dakı yarışlarda da akrobatik şəkildə pitsa xəmiri açmada 3 dəfə pitsa çempionluğunu qazanmasıyla şöhrətinə şöhrət qatarkən, bu arada ard-arda açdığı pitseriyaların sayını da 7-yə çıxardı.
 
Bir çox maqazin proqramı və yeməklə bağlı əhəmiyyətli televiziya proqramlarında şou göstərərək çıxış edən Akdeniz,şoularını məktəblərdə də həyata keçirərkən, gənclərə pitsanın nece edilməsi haqqında məlumat verir.
 
"KÜÇƏDƏ YATMASAYDIM, BƏLKƏ BU GÜNLƏRİ GÖRƏ BİLMƏYƏCƏKDİM"
Nyu-Yorkun məşhur pitsa imperatorunun küçədə ac və evsiz qaldığı uğur hekayəsi, yerli medianın diqqətini çəkərkən, indidən haqqında bir sıra sənədli film sınaqlarının aparılmasına səbəb oldu.
 
Həyat hekayəsi üçün, "Mən kasıb olmasaydım, küçədə yatmasaydım, bəlkə bu günləri görə bilmiyəcəkdim, bu uğura çata bilmiyəcəkdim" deyən Akdeniz, küçədəki evsiz və dilənçilərə bir çox Amerikalının əksinə, xoş münasibətlə yanaşarkən, hər gün axşam qaldığı evsizlər sığınacağına pitseriyalarından pulsuz pitsa göndərir.
 
Akdenizin yeni hədəfi isə yaxın bir zamanda BMT-yə üzv ölkələri təmsil edən 193 kiçik pitsa bir arada olduğu nəhəng bir pitsa edərək Ginnes Rekordlar Kitabına girmək. Digər bir layihəsi isə Türkiyədə başda Diyarbəkir olmaqla bir çox şəhərdə pitsa məktəbi açmaq.
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN