Heç Bir Şey Üçün Gec Deyil...

0
5499
Heç Bir Şey Üçün Gec Deyil...

Yaşadığı şəhərdən, ətrafındakı insanlardan, qısaca həyat tərzindən bezən bir adam, cebindəki az miqdarda pulla yanına heç bir almadan yaşadığı şəhəri tərk edərək, daha əvvəl heç tanımadığı bir ölkəyə getmiş. Oraya alışmağa çalışarkən birdən bir səs eşitmiş. Kimsə səsi çatdığı qədər meydanda qışqırırmış:

- Teatr! Gəlin! Qaçırmayın! Bu axşm Teatr!..
Adam həyatında heç teatra getməyib və inanılmaz dərəcədə maraq yaranmış içində. Biletin haradan alına biləcəyini öyrənmiş. Biletin qiyməti cebindəki bütün pullar qədər olmasına baxmayaraq heç tərəddüd etmədən bileti almış. Başlayıb maraqla tamaşanı izləməyə... Tamaşa bitmiş, hər kəs getmiş və maraqlı qəhrəman yerində olduğu kimi qalmış izlədiyi möhtəşəm oyun qarşısında. Bu zaman gözətçi tərəfindən salonu boşaltması üçün xəbərdarlıq alır.Adamsa:
- Mənə müdürünüzün yerini deyə bilərsiniz? Onunla bir şey danışmalıyam..
 
İzlədiyi tamaşanın təsiri ilə müdürlə danışmış və nə olursa olsun, nə iş olur-olsun buranın bir parçası olmaq üçün işləmək istədiyini bildirmiş. Müdür çox şanslı olduğunu, son günlərdə bir təmizlikçi axtardığını, lakin əvvəlcə onu yoxlaması lazım olduğunu ifadə etmiş və yoxlamaq üçün aylardır əl dəyməmiş bir kitabxananın təmizlənməsini tapşırmış.
- Buyur, buranı təmizlə. Əgər bəyənsəm səni işə götürəcəm.. demiş və getmiş.
 
Teatr sevdasının verdiyi zövq ilə təmizlik gözləniləndən də tez bitmiş. Müdür otağı görmədən adamın səmimiyyətinə inanmayıb. Onu digərləri kimi işi üstdən görən biri sanmışdır. Lakin otağın təmizliyini görəndə heyrətlər içində qalmış. Müdür bu cəld və bacarıqlı adamı işə götürməyə qərar verir. 
- Yaxşı səni işə götürürəm.
- Amma mənim yatmağa yerim yoxdur.
- Elədirsə burda yatarsan və işə daha tez başlayarsan.
Müdür otağı tərk edərkən:
- Adın nə idi sənin bura yazmalıyıq, demiş. Aldığı cavab isə,
- William! William Shakespare!
Bu hekayə həm insanı dəhşətə salır, həm də ilham verir. Shakespeare teatr həyatına bu şəkildə başladı. Tam 40 yaşında.. teatrı o illərdə tanımış və böyük bir əzmlə o möhtəşəm tamaşaları yazmışdır. Üstəlik böyük bir fədakarlıq göstərmiş peşəsi üçün. İş həyatı boyu sadəcə 3 saat yataraq həyatını yaşamış. Bu hekayəni ilk eşitdiyimdə həyatım üçün keçirdiyim bütün narahatlıqları bir kənara buraxdım. Başa düşdüm ki, heç bir şey üçün gec deyil. İnsan əgər istərsə, imkansız kimi 
görünən hadisələri də reallaşdıra bilir. Yetər ki ürəkdən istəsin və bunun üçün çalışsın. Heç bir şey üçün gec deyil. Neçə yaşında olursaq olaq...
 
 
Tərcümə edən: Cəlalə Yəhyalı
 

ŞƏRH YAZIN