2,14 Milyard Dollarlıq Oyuncaq Satıb

0
1975
2,14 Milyard Dollarlıq Oyuncaq Satıb

Herman Rorşah 129-uncu ad günü doodle oldu. Bəs Herman Rorşah kimdir, nəyi tapmışdır.

Herman Rorşah 8 Noyabr 1884-də İsveçrənin Sürix şəhərində dünyaya gəlib. Atası rəssamdı Herman Rorşah da atası kimi sənətkar olmağı düşünərkən tibbi seçdi və psixiatriya təhsili aldı. İsveçrədə və Rusiyada çalışdı. Özü də həkim olan arvadı Olqa, Rus əsilli idi.
 
Hələ uşaq ikən mürəkkəb ləkələrini istifadə edərək şəkil çəkməyi çox sevdiyi üçün, dostları tərəfindən kleck(mürəkkəb ləkəsi) ləqəbi ilə çağırılırdı.1912- ci ildə Sürix Universitetindən doktorluq dərəcəsi aldı. Bir il qədər Rusiyada işlədi, daha sonra xəstəxanalarda işləmək üçün Sürixə qayıtdı. Araşdırmalarına bu dövrdə başladı.300 xəstəni və 100 normal insanı yoxlamadan keçirdi.Bu tədqiqatların nəticələrindən ibarət olan məşhur psixodiaqnostik adlı əsərini 1921-ci ildə dərc etdi. Bu gün bu əsəri Psixiatriya və Psixologiyanın ən əhəmiyyətli klassik əsərləri arasında sayılır ancaq Herman Rorşah bu kitabıyla, yaşayarkən heç bir uğur əldə edə bilməmişdir. Bu əsər, üsullarının və mürəkkəb ləkələrinin beynini tədqiqatda necə istifadə edildiyini açıqlayırdı. Mürəkkəb ləkələriylə ilk işləyən adam o deyildi, ondan əvvəl bu sahədə çalışan tanınmış adamlar arasında Leonardo da Vinçi, Justinus Kerner, Syzman Hens sayıla bilər.
 
Psixanalizə qarşı marağı illərlə davam etdi. O illərdə Freyd psixanaliz nəzəriyyəni inkişaf etdirirdi, Karl Yung da fəaliyyəti ilə ön plana çıxırdı. Bu şərtlər Rorşah öz fikirlərini araşdırmağa istiqamətləndirdi. Bir dostuyla birlikdə məktəb uşaqlarına mürəkkəb ləkələri göstərərək işə başladı, onların reaksiyalarına baxdı. Sənətdə uğurlu olan uşaqların mürəkkəb ləkələrini şərh etmədə daha yaradıcı olub olmadıqlarını görmək istəyirdi. Analitik dünyagörüşü ilə mürəkkəb ləkələrini istifadə etməsi ilk bu təcrübəylə olmuşdur. Təəssüf ki, bu testlərin nəticələri və istifadə edilən mürəkkəb ləkələri yox olmuşdur. Hermann Rorschach 1919-da İsveçrə Psixanaliz Birliyinin sədri seçilmişdir.
 
Ciddi olaraq şişkin appendisit Hermann Rorschachın ölümünə səbəb oldu. 2 Aprel 1922-də, hələ 38 yaşında Horasanda vəfat edib
 
Rorşah testi
 
Rorşah testi hisslərini mürəkkəb ləkələri istifadə edərək təhlil edən psixoloji bir testdir. Sayı dəyişən kartlar ilə həyata keçirir və proyektiv test olaraq da bilinir. Bəzi psixoloqlar şəxsiyyət və emosional təhlil üçün Rorşah testini istifadə edir. Şüuraltında fikir pozuntularını aşkar etmək məqsədilə seçim edilir.
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI

ŞƏRH YAZIN