Həyatımızı Mənalı Yaşayaq

0
2631
Həyatımızı Mənalı Yaşayaq

Dünyanın sayılan varlılarından biri idi. Jean kübar cəmiyyətin axtarılan simalarlndan biri idi. Xoşbəxt bir ailəsi vardı. Bir gün teroristlər tərəfindən qaçırıldı və həyatı alt-üst oldu.Həyat yoldaşı onu tərk etdi. Dostları üz çevirdi. Sonra nə oldu? "Keçmiş və gələcək deyə bir şey yoxdur" -deyib Abraham Cowly . " təkcə sonsuz bir indi vardır!" Fəlsəfə tərəfdən bu ifadələrin doğruluğu şübhə olunmaz. Leonardanın "su damlası" metaforası ilə ifadə etdiyi həqiqət də elə budur. İnsan keçmişini də gələcəyini də içində olduğu anda yaşar. Reklamların dediyi kimi " gələcək bir gün gəldiyində, gələcək olmaqdan çıxacaq və indiyə çevriləcək". Günümüz -  gəncliyinin mənasını anlamadan ağzına saqqız etdiyi " zamanın nəbzini tut" misalıdı

Baron Edouard - Jean Empain 1970-ci illərdə dünyanın ən xoşbəxt insanlarından idi. Fransanın ən varlı ailələrindən birinə məxsus bacarıqlı iş adamı, kübar cəmiyyətin və mediyanın gözbəbəyi, eqoist bir varlı idi. (Belçikalı idi amma Fransada yaşayırdı)
Sonra 1978-ci ildə bir gün teroristlər onu qaçırdı. Kiçik barmağını kəsib ailəsinə göndərdilər. Özünə bəyənmiş Baronun salça sümükləri ağrıyarkən onu qaçıranlara yalvaranda çəkilmiş bir videosu mediyada yayıldı.
Böyük miqdarda pulun qarşılığında o sərbəst buraxıldı. Amma yoldaşı uşaqları da götürüb evi tərk etdi. Baron iflas oldu. İnsan içinə çıxmaz hala gəldi. Həyatı darmadağın oldu.
Bu olanlardan illər sonra 1993-cü ildə VSD adlı bir jurnal bir zamanlar milyarların sahibi olan Baronu tapıb müsahibə  götürdü. O jurnalistə belə demişdi:
 
"İkinci bir həyat yaşadığım üçün şanslıyam. Artıq çox fərqli insanam. Qaçırılmaq və həyatımın parçalanması bəlkə də yaxşı oldu mənim üçün.  Əvvəllər yaxşı şeylərin daha sonra olacağını fikirləşirdim. Həmişə nələrinsə ardından qaçırdım. Sabahkı görüş, iki ay sonrakı iclas.... Yaşadığım anı hiss etmirdim. Artıq gələcəyim yoxdu. bu günüm var, indim var. Keçən hər saniyyə, hər an çox gözəldi. 56 yaşım var bundan sonra dəyişən deyiləm. Özüm özümə sual vermirəm. Necəyəmsə elədə qalacam. Sonramı? Sonrası yoxdu. Amma yaşamaqdan zövq alıram, hər anı doya-doya yaşayıram.  Nəhayət bir müdrik oldum deyəsən... Xoşbəxtlik deyilən şey bəlkədə budur." Bir daha təkrar edim istəsəniz " XOŞBƏXTLİK GEDİLƏCƏK YOL DEYİL, YOLUN ÖZÜDÜR"
 
İndi dərin bir nəfəs alın.
Yaşadığınız, nəfəs aldığınız, sevdiyiniz, sevildiyiniz üçün nə qədər də şanslı olduğunuzu hiss edin. Gedin özünüzə sevdiyiniz musiqi diski, bir kitab alın, yaxud da ağlınızda qalan almaq istəyib almadığınız hər şeyi alın. Pulunmu yoxdu? Olsun. Pulla alına bilməyən o qədər xoşbəxtlik var ki..... 
O qaçırıldı və yaşadığını hiss etdi.  Həyatının qiymətini bildi..
Doğrudan nə deyirsiz?
Qaçırılmaq istəyən varmı? 
 
Tərcümə edən: Bəsti Mehralıyeva 
 

ŞƏRH YAZIN