Maraqlı İşdən Çıxma Ərizəsi

0
6294
Maraqlı İşdən Çıxma Ərizəsi

3 İyul 2000-ci ildə aramızdan ayrılan Kamal Sunalın vəfatının üstündən 16 il keçdi. Buna baxmayaraq filmləri hələ də maraqla seyr edilir. Aparılan son araşdırmalara görə türk telekanallarda ən çox izlənilən filmlərin sahibi mərhum sənətkar çıxdı. Biz də bu münasibətlə işin həm sosioloji tərəfinə baxdıq, həm də insanlara sevdikləri Kamal Sunal filmlərini soruşduq.

"Sevgili oxuyucu, həyatınızda neçə dəfə Kamal Sunal filmini seyr etmisiniz"? Bu sualın bir mənalı cavabı yoxdur deyəsən. Orta hesabla bir tamaşaçısı ayda ən azı bir dəfə bir Kamal Sunal filminə baxıb. Və əksəriyyətlə də o filmi daha əvvəl heç izləməmiş kimi baxıb xoş təsüratlar alıb. Çünki ssenarisini hardasa əzbərlədiyimiz, səhnələrini dəfələrlə izlədiyimiz bu filmlərdə bizi özünə çəkən nəsə var. Media Təqib Agentliyi İnterpressin apardığı araşdırmaya görə, son 10 ay ərzində ekranda göstərilən yerli filmlər arasında zirvədə yer alan ad: Kamal Sunaldır. 15 türk kanalın, keçən qış dövründə Kamal Sunalın oynadığı 54 filmini göstərildiyi müəyyənləşdirildi.Bu filmlərin 177 dəfə təkrarı oldu. Sunalın ən çox seyr edilən filmləri isə araşdırma nəticəsində belə yer alır: Zibilyığanlar Kralı, Yöndəmsiz Şakir, Toxunmayın Şabanıma, İbo ilə Güllüşah,Maraqlı Köftəci, Şərq Bülbülü.
 
Kamal Sunal, ‘Televiziya və Filmlərdə Kamal Sunal Komediyası’ adlı magistr dissertasiyası da hazırlamış və bu vəziyyəti verdiyi bir müsahibədə belə açıqlamışdı: "Sosioloqların araşdırması lazım deyirəm.İlk filmdə də dediyim ilk söz başa düşülmürdü. Sözləri təkcə mən bilirdim. Tamaşaçı heç öyrənə bilmədi. O hərarətin obyektivə keçməsi lazımdır yəqin ki. Baxırsınız, çox peşəkar var, çox gülməli aktyorlar var, amma kamera qarşısında göstərə bilmir, o halını əks etdirmir. Məsələn, teatrda çox uğurlu artistlər var, amma bunlar kinoda eyni uğuru ola bilmirlər". Televiziyalar da bu vəziyyətin fərqində…Bahçeşehir Universiteti Sosiologiya Hissə Başçısı Prof. Dr. Nilufər Narlı da filmlərdə birbaşa olaraq xalqın içindən çıxmış, süniyə qaçmayan bir tərəfin olduğuna diqqət çəkir: "Xüsusilə elit kütlədən kənarda olan insanların, özünü əzilmiş, təcrid olunmuş insanların yaşadıqlarını izah edən tənqidlər var. Həyatın sahilindəki insanların həyat faciələri ilə bağlı həcvlər var".
 
Türkiyədə mentalitetlər dəyişmir, ona görə də filmlər izlənir, izlənəcək də
 
Nilufər Narlı (Sosioloq): Kamal Sunal filmlərində qarşımıza çıxan obrazlar, tanıdiq tiplər. Tamaşaçı bu filmlərdə məhəlləsindəki sahibi görür. Bəlkə ailə ətrafından birini görür. Yəni obrazlar çox uğurludur. Təbii ki, ən başda öz xarakteri çox uğurludur… Filmlərdə birbaşa olaraq xalqın içindən çıxmış, süniyə qaçmayan bir tərəf var. Bu filmlərdə çox güclü bir tənqid, satirik var. Məsələn, Türkiyədəki ən böyük ictimai hadisələrdən biri insanlar arasında etimadın aşağı olmasıdır. Bu, Kamal Sunal filmlərində bir şəkildə qarşımıza çıxır. Mentalitet dəyişiklikləri 10 ildə 20 ildə olan bir şey deyil. O üzdən bu filmlər hələ də izlənir,izlənəcək də, Çünki filmlərdə danışılan hekayələr bu gün də keçərlidir. Misal Züğürt Ağa  sosioloji bir filmdir. Mənim dəsevdiklərimdəndir.
 
Filmdən, ‘saf ancaq hiyləgər xalq uşağı’ bir başqa Şaban çıxmadı
 
Bilal Özcan (Jurnalist-Televiziya koordinatoru):Kemal Sunal filmlərinin uğurunda ən vacib amil, məşhur aktyorun xalqına yəni tamaşaçıya həmişə hörmət etməsi və işini ən yaxşı, ən səviyyəli şəkildə edə bilmək üçün səy göstərməsidir. O son dərəcə aydın bir sənətçiydi. Onsuz da o yaşda universitet təhsili almaq səyi də bunu göstərir. Onun peşəsinə və tamaşaçıya verdiyi dəyər  tamaşaçıya keçirdi. Kamal Sunal güldürmək üçün heç kəsi alçaltmadı, bəzi bayağı sözlərdən başqa filmlərində pis ifadələrdən istifadə etmədi. Çox yaxşı oyunçudu və sifətlərini çox ustalıqla istifadə edirdi. Üzünə verdiyi o gülməli ifadələr fanatlarını qəhqəhədən qəhqəhəyə sürükləyirdi. Üzüylə oynamaqda o qədər ustaydı ki, dəqiqələrlə heç bir şey danışmasa da tamaşaçı qəhqəhələrlə gülürdü. Filmlərində həmişə ürəyi yaxşılıq dolu bir obrazı canlandırması təbii ki, tamaşaçıya isti gəlirdi, amma bu, filmlərinin çox izlənməsi üçün əsla tək bir səbəb ola bilməz. Filmlərinin təkrar-təkrar bu qədər çox izlənməsinin ən əhəmiyyətli səbəbi isə yerinin hələ doldurula bilməməsidir. Kinodan, ürəyi yaxşılıq dolu, saf ancaq hiyləgər xalq uşağı bir başqa ‘Şaban’ çıxmadı.
 
KAMAL SUNAL KİMDİR?
 
11 NOYABR 1944-CÜ İLDƏ İSTANBUL DA DOĞULAN KAMAL SUNAL, ƏSLƏN MALATYALIDIR. ANASI SAİMƏ XANIM ATASI İSƏ MUSTAFA BƏYİN ÜÇ OĞLAN ÖVLADININ ƏN BÖYÜYÜDÜR.
 
ÖZÜNDƏN KİÇİK ÇİNGİZ VƏ CƏMİL ADINDA İKİ QARDAŞI DA VARDIR. MƏKTƏB HƏYATINA MEMAR SİNAN İBTİDAİ MƏKTƏBİNDƏ BAŞLAYARAQ VƏFA LİTSEYİNDƏN MƏZUN OLMUŞDUR. AZ GƏLİRLİ BİR AİLƏDƏ BÖYÜYƏN SUNAL, DƏCƏL AMMA XOŞBƏXT  BİR UŞAQLIQ KEÇİRMİŞDİR. MƏRMƏRƏ UNİVERSİTETİ KOMMUNİKASİYA FAKÜLTƏSİ RADİO TELEVİZİYA VƏ KİNO BÖLÜMÜNDƏ UNİVERSİTET TƏHSİLİNƏ BAŞLAYAN SUNAL,12 SENTYABRDA TƏHSİLİNİ YARIMÇIQ QOYMAQ MƏCBURİYYƏTİNDƏ QALMIŞDIR 
 
LİTSEY SON SİNİFDƏ İKƏN FƏLSƏFƏ MÜƏLLİMİNİN MÜŞFİQ KƏNTƏR İLƏ ONU TANIŞDIRMASI İLƏ SƏNƏT HƏYATINA BAŞLAYAN SUNAL, MƏCBURİ TƏQİB TEATR TAMAŞASI İLƏ SAHƏSİNDƏ İLK ADDIMINI DA ATMIŞDIR. BİR İL QƏDƏR KƏNTƏR TEATRINDA ÇALIŞDIQDAN SONRA, QISA BİR MÜDDƏT DƏ DƏVƏQUŞU KABARƏ TEATRINDA ÇALIŞMIŞDIR. 1973-ci İLDƏ DƏ ERTEM ƏYİLMƏZİN REJİSORLUĞUNU ETDİYİ ŞİRİN DİLLİM FİLMİ İLƏ KİNO HƏYATINA BAŞLAMIŞDIR. DAHA SONRA DA BÖYÜK HEYƏTLİ FİLMLƏRDƏ KİÇİK ROLLAR İLƏ DAVAM EDƏN SUNAL, ARD-ARDA ALDIĞI KİNO ROLLARI İLƏ QISA BİR MÜDDƏTDƏ ZİRVƏYƏ ÇIXMAĞI BACARMIŞDIR. 1974-CÜ İLDƏ EVLƏNƏN SUNALIN, ƏLİ VƏ EZO ADLARINDA BİR QIZ, BİR OĞLAN UŞAĞI OLMUŞDUR. FİLMLƏRİNDƏ GÖSTƏRDİYİ NAİLİYYƏTİ EVLİLİYİNDƏ DƏ GÖSTƏRƏN SUNAL, XOŞBƏXT BİR EVLİLİK KEÇİRMİŞDİR.
 
YEŞİLÇAMIN MƏŞHUR KOMEDİYAÇILARINDAN OLMAĞI BACARAN SUNAL, OYNADIĞI FİLMLƏRİNDƏ HƏM MADDİ, HƏM DƏ MƏNƏVİ BÖYÜK UĞUR QAZANMIŞDIR. 1976-CI İLDƏ ROL ALDIĞI QAPIÇILAR KRALI FİLMİNDƏ GÖSTƏRDİYİ NAİLİYYƏTİ İLƏ 1977-Cİ İLDƏ ANTALYA FİLM FESTİVALINDA QIZIL PORTAĞAL ƏN YAXŞI KİŞİ OYUNÇU MÜKAFATINI QAZANMIŞDIR. ÜZƏRİNƏ GÖTÜRDÜYÜ ROLLARI UĞURLA CANLANDIRAN SUNAL, YEŞİLÇAMIN KOMEDİYADA AXTARILAN BİR ÜZÜ OLMAĞADA NAİL OLMUŞDUR.FİLMLƏRİNDƏ ŞABAN OBRAZI İLƏ ADINDAN SÖZ ETDİRƏRƏK HABABAM SİNFİ SERİYASI İLƏ DƏ YADDA QALMAĞI BACARMIŞDIR. ROL ALDIĞI FİLMLƏRDƏ XALQ QƏHRƏMANINI CANLANDIRAN SUNAL, HAQSIZIN HAQLIYA QARŞI HƏMİŞƏ TƏRƏFDARI OLMUŞDUR.
 
1990-CU İLDƏN SONRA, ÇƏKİLDİYİ FİLMLƏR TELEVİZİYA EKRANLARINDA FASİLƏSİZ OLARAQ VERİLMƏYƏ BAŞLANSA DA BU FİLMLƏRDƏN HEÇ BİR  PUL ALMAMIŞDIR. 12 SENTYABR DÖVRÜNDƏ YARIMÇIQ QOYDUĞU MƏKTƏBİNƏ DAVAM EDƏN SUNAL, MƏKTƏBİNİ DƏ 1995-Cİ İLDƏ BİTİRƏRƏK DİPLOMUNU ALMIŞDIR. DAHA SONRA MAGİSTRATURA TƏHSİLİ ALAN SUNAL, MAGİSTRATURA ZAMANI OXUMA OLARAQ HAZIRLADIĞI TELEVİZİYA VƏ KİNODA KAMAL SUNAL KOMEDİYASI ADLI DİSSERTASİYANI DA KİTABLAŞDIRARAQ SEVƏNLƏRİNƏ TƏQDİM ETMİŞDİR.MAGİSTR DİSSERTASİYASINDA,ÖZ FİLMLƏRİNİN ETDİRDİKLƏRİNİN SOSİOLOJİ ARAŞDIRMASINI APARMIŞDIR.
 
SUNAL ÜZÜ VƏ FİZİKİ QURULUŞU İLƏ FRANSIZ KOMEDİYAÇISI FEMANDELƏ BƏNZƏDİLİRDİ. HƏYATI BOYU TEATR TAMAŞALARI İSTİSNA OLMAQLA ÜMUMİLİKDƏ 82 FİLMİNDƏ ROL ALAN SUNAL, SON FİLMİ OLAN BALALAYKANIN ÇƏKİLİŞLƏRİ ÜÇÜN TRABZONA GEDƏRKƏN ÜRƏK TUTMASI NƏTİCƏSİ İLƏ 3 İYUL 2000-Cİ İLDƏ 56 YAŞINDA HƏYATINI İTİRİB.
 
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN