KFC brendinin yaranma tarixi

0
2446
KFC brendinin yaranma tarixi

KFC brendinin yaranma tarixi Harland Sandersin (1890 – 1980) adı ilə bağlıdır. O məktəbdə cəmi 6 sinif təhsil alıb və bir neçə peşə dəyişib. Məsələn, o, qazanxana işçisi, təkər alverçisi, kuryer, konduktor işləmiş, fermerlərə kömək etmiş və hərbçi olmuşdur. Onun 40 yaşı olduqda belə o bir yerdə uzun müddət qalmırdı. Lakin onun həyat yoldaşı ona inanaraq bütün uğursuzluqlara səbr edirdi. Buna baxmayaraq, ailə yoxsul vəziyyətdə yaşamağa davam edirdi.


1930-cu ildə onun avtomobil təmirxanası açmaq ideyası ailə üçün böyük bir yenilik oldu. Daha sonra Harland təmirxananın otaqlarından birini müştərilərin nahar edə biləcəyi yeməkxanaya çevirir. Təmirxananın digər otaqlarında isə onu ailəsi yaşayırdı.
Bu yeməkxanada cəmi 1 stol və 6 stul var idi. Yeməkləri isə Harland özü ev mətbəxində hazırlayırdı. Tezliklə onun yeməkxanası “Harland Sandersin Kentukki qızardılmış toyuqları” sayəsində bütün Kentukki ərazisində məşhurlaşdı. Qeyd edək ki, o bu qızardılmış toyuqları xüsusi 11 növ ədviyyat ilə hazırlayırdı.

Artıq 1932-ci ildə o Sanders Court & Cafe adlı motel və tez xidmət restoranını açdı. 50-ci illərdə onun hazırladığı toyuqlar ölkə üzrə digər restoranlara satılırdı. 60-cı illərdə isə onun ABŞ-da bir neçə yüz daimi müştərisi var idi. Hazırda bu restoranlar şəbəkəsi bütün dünyada fəaliyyət göstərir.
 

ŞƏRH YAZIN