Marlboro necə brend marka oldu ?

0
7117
Marlboro necə brend marka oldu ?

Marlboro firması ilk qurulduğunda işləri çox pis gedirmiş. Şirkət az qala iflas olarkən, bir adam gəlmiş, "satışları bir ayda 3 qatına çıxararam amma bunun qarşılığında da şirkətin yarısına ortaq olaram, yox çıxara bilməzsəm ömürümün sonuna qədər fabrikdə pulsuz tütün sataram" demiş.

Marlboronun sahibləri onsuz da çıxılmaz vəziyyətdə olduqlarından, "Bir həftəyə qalmaz batacağıq, itirəcək nəyimiz var ki" deyərək qəbul etmişlər təklifi.
 
Adamın bunlardan tək istəyi minlərlə boş Marlboro qutusuymuş. Onsuz da anbarda milyonlarlası varmış, tələbini qarşılamışlar dərhal.Sonra bu adam bütün paketləri işçilərə tək-tək əzdirmiş, gecə 12-dən sonra da hamısını təyyarədən bütün Amerika 'nın üstünə atmış. Səhər millət oyanınca bir baxmış ki hər tərəfdə boş Marlboro qutuları.
 
"Deməli, bu siqaret bu qədər çox çəkildiyinə görə vardır bir hikməti" deyərək siqaret dilerlərinə axın etmişlər. Şirkət o ay 3 deyil 5 qatı satmış. Təbii bizim adam da şirkətin yarısına ortaq olmuş. O adam - Philip Morris idi 

ŞƏRH YAZIN