Microsoft Necə Yarandı?

0
2892
Microsoft Necə Yarandı?

Bill Qeyts Microsoft şirkətinin qurucularındandır, şirkətin CEO-su və eyni zamanda proqram təminatçısıdır. 

Forbes jurnalına görə 2004-cü ildə Gates dünyanın ən varlı adamı hesab olunurdu. Amerkalı iş adamı Qeyts iki nəfərlik şirkətini (Microsoft) öndə gedən Computer Software (proqram təminatçısı) şirkətinə çevirmişdir. Qeyts XX əsrin sonlarında ən müvəfəqiyyətli şirkət sahiblərindən biri olub.

Seattle/Washington’da vəkil atasıyla, müəllim ananın oğlu olaraq dünyaya gələn Qeyts, hələ 12 yaşındaykən özəl bir məktəbdə ilk informatika kurslarına gedirdi. Məktəb yoldaşı Paul Allen ilə birlikdə boş vaxtlarını adətən kompüter proqramları üzərində çalışaraq keçirirdi.

Yaxınlarındakı bir şirkətin böyük kompüterində pul ödəmədən istifadə edə bilmək üçün, iki dost istifadəçilərin qarşılaşdığı proqram xətalarını axtarıb tapırdılar. Beləliklə kompüter sahəsində ustalaşan iki məktəbli, 1972-ci ildə ilk şirkətlərini (Traf-O-Data) qururlar. Bu şirkət bir avtomat hesablayıcı və idarəedici sistem üçün proqramlar yaradaraq 20.000 $ satış əldə etdilər. Qeyts bundan bir il sonra TRW adlı bir silah müəssəsində staj görür, ardından da atasının məsləhəti ilə Hardvard Universitetində hüquq təhsili almağa başlayır.

 Fərdi kompüterlər 70-ci illərdə hələ təzə-təzə inkişaf prosesi keçirirdi. MITS şirkətinin Altair adını verdiyi ən önəmli modeli hələ standart istifadə proqramına malik olmayan lakin tamamlanmış bir əməliyyat sisteminə sahib kompüter idi. Qeyts və Allenin, Altair üçün 1964-cü ildə quraşdırdıqları proqram dili BASIC sayəsində istifadəçilər alətləri özləri proqramlaşdıra bilirdi. MITS firması istedadlı gənclərdən satış hüququnu alaraq elə onların özlərinə proqramı daha da inkişaf etdirmək üçün sifariş verir. Qeyts təhsilini yarıda kəsərək Allen ilə birlikdə Alburguergue/New Mexicoda Microsoft adlı şirkət qurur.

Microsoft şirkəti mikro kompüterlər üçün proqram quraşdırmaqla məşğul olurdu. Qısa müddət sonra şirkətin müştəriləri arasında “General Electric” kimi məhşur şirkətlər də yer almağa başlayır. Qeyts 1977-ci ildə alətlərini BASIC ilə təmin eləmək üçün “Apple, Tandy və Commodore kimi PC(Personal Computer – fərdi kompüter) şirkətləri ilə müqavilə imzalayır. Ayrıca olaraq FORTRAN, COBOL və Pascal kimi proqram dillərini inkişaf etdirməklə, Microsoftu beynəlxalq bazara çıxarır (1978-ci ildən sonra ilk olaraq Yaponiya). Qeyts 1979-cu ildə yalnızca 13 işçisi ilə 3 milyon dollarlıq gəlir əldə edir.

1980-ci illərdə Microsoftun qısa müddət ərzində quraşdırdığı MS-DOS (Microsoft Disc Operating System – Diskli Əməliyyat Sistemi) dünya səviyyəsində satış rekordu qırır (120 milyon nüxsə).Getdikcə daha çox firmalar ilə əlaqə qura-qura yaratdıqları əməliyyat sistemi bütün kompüterlər üçün standart hala gəlir. 1.000 nəfər işçisi ilə şirkət  Avropa da şöbələr qurur. Şirkətin başqanı Qeyts olur və işçilərin fəaliyyətlərini hər altı aydan bir nəzərdən keçirir.

Qeyts əməliyyat sisteminə paralel olaraq digər proqramlarda qurur. O, ilk dəfə 1983-cü ildə siçan (mouse) istifadə edilən WORD adlı mətn işləmə sistemini yaradır. Xüsusilə WORD Avropada çox satılarkən, ABŞ-da Lotus 1-2-3 və WORDPerfect adlı rəqiblərinin qarşısında yavaş-yavaş müvəffəqiyyət əldə edirlər. 

Microsoftun proqramlaşdırma sahəsindəki ən böyük uğurunu Apple şirkətinin verdiyi sifarişlə qazanır. Macintosh adını verdikləri sistem daha sonra müxtəlif proqramlar (misal olaraq: WORD və Excel) yaradır. Qeyts 1986-cı ildə şirkətini anonim şirkətə çevirir. Aradan çox keçmədən şirkətdəki öz payının (% 45) dəyəri 1 milyard dollardan çox olur. MS-DOS əməliyyat sisteminin qrafik cəhətdən daha mükəmməli olan WINDOWS –u inkişaf etdirmə çalışmalarına Qeyts 1985-ci ildə başlamışdı. Microsoft bu sistemi inkişafında davamlı olaraq yanlız mütəxəssislərlə işləyirdi. Qeyts WINDOWS –su daha sadə və istifadəyə rahat hala salmağa önəm verirdi. Microsoft 1993-cü ildə bazarda rəqibsiz lideriydi (dəyəri 20 milyard dollardan çox idi). İndi Qeytsin şəxsi sərvəti təxminən 50 milyard hesab olunur.

ŞƏRH YAZIN