Nik Vujiciç

0
6489
Nik Vujiciç

1982-ci ildə Avstraliyada doğulan Serbiya əsilli Nik Vujiciç çox nadir hallar görülən genetik xəstəliyə görə bəzi orqanları olmadan dünyaya göz açıb.   “Tetra-ameliya” sindromundan əziyyət çəkən Nik qolları və ayaqları olmadığına görə gənclik illərində ağır depressiyaya düşüb. Məktəbdə uşaqlar masqaraya qoyduğu üçün səkkiz yaşında intihara cəhd edib.

10 yaşında suya atılıb özünü boğmaq istəyib. Ancaq ailəsini çox sevdiyi üçün bunu etməyib. Hər şey anasının ona bir məqalə oxutmasından sonra dəyişib... Vujiciçin oxuduğu məqalə fiziki qüsurlu olan, lakin buna baxmayaraq heç təslim olmayan bir insan haqqında idi. Bu yazını oxuyandan sonra Vujiciçin həyata baxışı dəyişib və qüsurlu olduğunu qəbul edib. Qısa zamanda təkcə gündəlik işlərinin öhdəsindən gəlməyi öyrənib. Bədənində yerləşən iki ayaq barmağı ilə qələm tutub, yazı yazmağa başlayıb. Kompüterdən istifadə etməyi, tennis topu ilə oynamağı, ritm alətlərində çalmağı, saçını daramağı və üzünü qırxmağı öyrənib. Yeddinci sinifdə oxuyanda məktəbin uşaq təşkilatına üzv olub. 17 yaşında olanda isə mühazirəçi olduğu tədbirlərdə yüzlərlə insana ümid bəxş edib. Qısa müddətdən sonra “Life Without Limbs” (Bədən üzvləri olmadan həyat) dərnəyini yaradıb. Kana Miyaxara adında bir qızla evlənib. 

 

ŞƏRH YAZIN