Franklin Piramidası

0
4388
Franklin Piramidası

Robert Kearns Detroyt Universitetində baş müəllim kimi çalışarkən Detroytdakı avtomobil sektorundan təsirlənərək kiçik yaşlardan bəri apardığı icadlara bir yenisini daha əlavə etməyi fikirləşirdi.

1964-cü ilin yağışlı bir günündə ailəsi ilə avtomobilində gedərkən yağışda işlək halda olan siləcəklərinə baxıb daim hərərkətdə olmalarından və şüşəni cızdıqlarından fikirləşmişdir ki,insanın göz qapağı kimi lazım olanda bağlanacaq, daim çalışmayaraq müəyyən bir zaman periodunda işləyib dayanan bir siləcək modeli etmək istəmişdi.
 
Fasiləli siləcək (avtomatik siləcək) elə o gün yaranmışdır. Dərhal işlərinə başladı və hazırda maşınlarımızda istifadə etdiyimiz və ümumiyyətlə siləcəklərin birinci mərhələsini təşkil edən axsaq ritmdə çalışan siləcəyi icad etdi.
 
Avtomobil sektoru içində yer alan uşaqlıq dostunun da dəstəyi ilə o dövrün nəhəngi Fordun rəsmiləri onun  qapısında gəldilər. Ford rəsmiləri bu kəşfdən çox təsirlənərək, patenti satın almaq təklifi etdilər. Ancaq Kearns, ixtiranı özü istehsal edib satmağı düşünmüşdü. Ford ondan bir prototip istədi. Yaxın dostunun da təkidi ilə inkişaf etdirdiyi prototipi Forda verən Kearns, dərhal istehsal üçün qolları çırmaladı. İstehsal üçün icarəyə yer və banklardan kreditlər götürdü.
 
Ancaq qısa bir müddət sonra alacağı xəbər ilə xəyalları param parça oldu. Ford, prototipi işlətməkdən imtina etdiyini ona bildirdi. Bu Kearns üçün çox ağır bir zərbə idi cünki götürdüyü kreditlər onu bir bataqlığa doğru sürükləyirdi. Aradan keçən bir ilin müddətində Kearns, Detroytdakı yeni Mustanq təqdimat sərgisində öz inkişaf etdirdiyi avtomatik siləcəklər ilə üzləşdi. Donan Kearns, ertəsi gün Fordun qapısını çalaraq öz ixtiranın haqlarının özünə verilməsini istədi. Ancaq yaxşı cavab almıyan Kearns Ford haqqında bir hüquq mübarizəsi başlatmaq məcburiyyətində qaldı.
 
Depressiyaya girən Kearns, 1 il qədər ruhi xəstəlikdən müalicə aldı.Müalicəsinin aldıqdan Ford kimi  biri ilə məhkəmə çəkişməsi aparmaq üçün ürəkli bir vəkil də tapmayan Kearns, olduqca  gücünü itirmiş bir vəziyyətdə ailəsinin də onu tərk etməsinə şahidlik etdi. Ford Motor, məhkəmə prosesindən imtina etməsinin qarşılığı olaraq ona  təzminat təklif edərək, əl çəkməsi əvəzində əvvəl 250 min dollardan başlayan imtina haqqını məhkəmə prosesinin son mərhələsinə gəldikdə 30 milyon dollara qədər qaldırdı.
 
Tam 12 il davam edən məhkəmə prosesi müddətində öz vəkilliyini özü edən Kearns, ona təklif edilən puldan daha aşağı bir təzminat ilə məhkəmə prosesini qazandı və beləliklə etibarını geri alaraq, Fordun ixtiranı ondan oğurladığını sübut elədi. Eyni sistemi bəzi modellərində də istifadə edən Krayslerdən də 18 milyon dollar təzminat alan Kearns, artıq bu kəşfin qeydiyyatlı ixtiraçısı sayıldı. 2005-ci ildə aramızdan ayrılan Robert Kearnsın həyat hekayəsi etibarın pul ilə ölçülə bilmiyəcəyi dərsini bütün çılpaqlığı ilə nümayiş etdirir.
 
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN