Qələbənin Sirri İnadkarlıqdır.

0
3518
Qələbənin Sirri İnadkarlıqdır.

Bir gün döyüşdə sərkərdənin ordusu məğlub olur.Sərkərdə vəziyyəti belə gorüb,qaçaraq mağaraya sığınır.Mağarada oturub fikirləşərkən bir qarışqanın arpa dənəsini götürüb qayanın üstündən yuvasına aparmağa çalışdığını görür.
Qarışqa qayanın üstünə çıxmağa çalışsa da ilk səyi boşa çıxır. Bu zaman o yenidən arpa dənəsini götüarüb qayanın üstünə çıxmağa çalışır. Amma arpa ağır, qaya isə sürüşkən olduğundan qarışqa qayanın yarısında olanda, bəzən lap az qalmış sürüşüb yerə yıxılır. Amma hər dəfə arpanı götürüb yenidən yoluna davam edir.
Sərkərdə qarışqanın cəhdlərini saymağa başlayır və qarışqa 73 dəfə uğursuzluqla qarşılaşsa,da sonrakı dəfə qayanın üstünə çıxmağı bacarır.
Bunu görən sərkərdə qarışqadan dərs alır və yenidən döyüşə geri qayıdır.O dağılmış ordunu yığaraq döyüşdə qələbə çalır.
 
Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN