Ağıl Oyunları qeyri-adi bir həyatı izah edən filmdi. Filmdə şizofren ancaq dahi riyaziyyatçı Con Naşın həyatı izah edilirdi. Naş 1994-də Oyun Nəzəriyyəsi Nobel İqtisadiyyat Mükafatını qazanmışdı.Bu yazımızda maraqlı uğur hekayəsini sizə təqdim edirik.
1.Con Forbes Naş kimdir?
Con Forbes Naş,1928-də ABŞ-ın Qərbi Virciniya ştatının Bluefield şəhərində dünyaya gəlib. Kimya və riyaziyyat, ən çox diqqətini çəkən məsələlər arasındaydı.1945-ci ildə kimya mühəndisi olmaq xəyalı ilə Carnagie Mellon Universitetinə girdi.Bir müddət sonra riyaziyyata duyduğu maraq ağır təzyiqə,vektor cəbr və nisbilik nəzəriyyəsi üzərində dərslər almağa başladı. 1948-ci ildə riyaziyyat üzrə bakalavr və magistr təhsilini tamamlayaraq, akademik karyerasını davam etdirmək məqsədilə Prinstona keçdi.
2.Dərslərlə Arası Heç Yaxşı Olmadı
Zahirən heç dərs çalışmırdı. Demək olar ki, heç yoldaşı yox idi. Bir Çox tələbə onun homoseksual olduğunu düşünürdü və bu üzdən daha da tənhalığa məhkum idi. Amma o güclü və ağıllıydı. Bir çox əfsanəvi riyaziyyatçının əksinə, uşaqlıqda bir “dahi” olduğunu o qədər də müəyyən etməmişdi, amma universitet illərində dahi olduğu ortaya çıxırdı. Kitab oxumadığı, dərsləri o qədər də izləmədiyi üçün bütün riyaziyyat nəzəriyyəsini öz özünə kəşf edirdi. Bunları düşünərək edirdi. Həmişə tək idi.
3.Sirr Verməyən, Təkəbbürlü, Qorxunc Naş.
Universitetdən bir dostu onun haqqında belə danışırdı:
"Bach musiqiləri mızıldanaraq məktəb dəhlizlərində dolaşan bu adamın ətrafı Albert Eynşteyn, J. V. Neumann, Norbert Viener kimi dahilərlə dolu idi. Özünü insanlardan tamamilə təcrid etmişdi. Vittgenşteyin, Kant, Nyuton, Eynşteyn kimi bir çox alim və filosof kimi "içə dönük və" hissdən uzaqdı.Naş, mənafelər və alınması lazım olan qərarlara görə, insanlarla arası qurulması lazım olan əlaqələr üçün duyğudan təmizlənmiş,saylaşdırılmış formullar inkişaf etdirirdi. Naşın dünyasında hər şey simvolika edilə bilər və rəqəmlərə çevrilə bilərdi".
4.Oyun Nəzəriyyəsi Üzərində Çalışmaları
1949-cu ildə, hələ 21 yaşındaykən yazdığı bir məqalə, ona tam 45 il sonra iqtisadiyyat üzrə Nobel Mükafatını qazandıracaqdı. Məqaləsində, insan təbiətinə dair bir çox şeyi daha yaxşı anlamağımıza kömək edən orijinal fikirlərdən bəhs edən Naş, Şotland filosof Adam Smitin illərdir etibarlı olan iqtisadiyyat nəzəriyyəsində əskik bir nöqtəni açıqlayırdı.Adam Smitin nəzəriyyəsinə görə "Bir qrupun ən yüksək performansı üçün, üzvlərinin hər birinin öz uğurları üçün əllərindən gələni ən yaxşısını etmələri lazımdır" olan hissəsi "üzvlərinin hər birinin öz uğurları üçün və həmçinin də qrupun ümumi uğuru üçün əllərindən gələnin ən yaxşısını etmələri lazımdır" formasında ifadə edərək, həyatının ən böyük məşğələsi olan."Oyun nəzəriyyəsini ilk dəfə ifadə edirdi.
5.Tələbəsi İlə Evləndi.
Naş doktorluğu aldıqdan sonra, Massaçusets Institute of Technologidə dərs verməyə başladı.1957-də MIT-dəki tələbələrindən Alicia Larde ilə evləndi. Daha sonrakı illər ərzində Naş,bir tərəfdən ardını heç buraxmayan psixiatrik bir narahatlıqla mübarizə apararkən, bir tərəfdən də riyaziyyat araşdırmalarını davam etdirdi.
6.Həm Şizofren Həm Dahi
Bir gün akademiklərin olduğu bir otaqda fikrə gedib, başqa bir qalaktikadan canlıların New York Timesda özünə rəqəmlərdən ibarət olan şifrəli mesaj göndərdiyini dedikdə, yoldaşları əvvəlcə bunun bir zarafat olduğunu düşünüblər. Hətta aylar sonra müəllimliyi tamamilə buraxıb, universitetdəki vəzifəsindən istefa edib, Boston yaxınlığındakı bir ağıl xəstəxanasında nəzarət altında saxlanmağa başlandıqdan sonra belə, bu baş verənlərin bir zarafat olduğunu hesab edirdilər. Lakin diaqnoz qoyulmuşdu: Naş, paranoid şizofren idi.
7.Halusinasyonlarla Dolu 25 İl
25 il ərzində bağladıldığı xəstəxanada Naş, halusinasiyalarla yaşadı. Riyaziyyatı tamamilə buraxdı. Tamamilə numerologiya ilə məşğul olmağa başladı. Başqa planetlərlə dünya arasında elçilik edən bir peyğəmbər olduğunu düşünürdü. Digər qalaktikalar təkcə onun anlayacağı şifrəli mesajlar, rəqəmlərlə dünya ilə ünsiyyət qururdular. Bir telefon nömrəsi,bir hərf, bir qalstukun üzərindəki naxışlar yalnız onun anlayacağı mesajlar və şifrələr idi . 25 il ərzində şok terapiyaları, dərmanlar hamını ümidləndirən ancaq çox qısa müddət davam edən yaxşılaşma dövrləri ilə keçdi.
8.İllərlə Heç Kəslə Danışmırdı
Xəstəliyi zamanı qanuni yolla Avropa və Amerikada səyahətlərə çıxdı. Mürəkkəb kompüter proqramları yazmağı öyrəndi. Ara sıra, keçmiş təlimçi olaraq yerləşdiyi, Prinston Universitetinə gedir, bir küncdə qəhvəsini içir , siqaretini çəkir və ətrafa hər zaman yanında daşıdığı kağızları yayırdı. Ona verilən salamlara qarşı eləcə laqeyd qalırdı.
9.Xəstəlikdən Xilas Olmasında da Öz Səyləri Mühüm Rol Oynadı
1980-çı illərin sonuna doğru bir gün, fizika professoru Freeman Dusona dönərək “qızınız Estheri bu gün qəzetdə gördüm”dedi. Qızı kompüter mövzusunda idari bir gücə malik olan və tez-tez mətbuatda yer alan Duson, Naşı ilk dəfə danışarkən eşidirdi. Duson o andakı hisslərini belə bildirdi: “Bir qızım olduğunu bildiyini belə bilmirdim. Mənimlə danışması çox gözəl idi. Amma o an çaşıb qaldım. Bu oyanışa şahid olmaq qeyri-adi idi. Yavaş-yavaş, necə oldusa, özünə gəlirdi.”Bu, Naşın ilk oyanma əlamətiydi. Əlamətlər davam etdi. 1990-cu illərdə Naş, elektron poçt yolu ilə bir nəzəriyyəçi olan italyan riyaziyyatçı Enriko Bombieri ilə yazışmağa başladı.Naşın məktubları təkrar riyaziyyat nəzəriyyələri üzərində işləməyə başladığını göstərirdi. Bu yavaş-yavaş oyanış hər kəsin diqqətini çəkməyə başlamışdı. Yenə öz vəziyyətində amma insanlarla danışırdı. Riyaziyyat seminarlarında mütəmadi olaraq iştirak etməyə başlamışdı.
10.İqtisadiyyat Sahəsində Nobel Mükafatı
1994 Oktyabrında yenə bir riyaziyyat seminarı zamanı, Prinston Universitetində riyaziyyat professoru və Naşı 50 ildir tanıyan Harold Kun, onu axtarıb ona deyəcəyi vacib bir şey olduğunu bildirdi. Kun, ona İsveç Elmlər Akademiyasından bir xəbər gətirmişdi: Naş, 45 il əvvəl etdirdiyi kooperativ olmayan oyun nəzəriyyəsi ilə iqtisadiyyat sahəsində Nobel Mükafatını qazanmışdı.
11.Həyatı Film Oldu: Ağıl Oyunları
Ortaya atdığı bu nəzəriyyə, akademik maraqnan yanaşı, populyar mədəniyyətdə də diqqət çəkmişdir. Nobel Mükafatlı oyun nəzəriyyəçisi, Con Forbes Nash, Silviya Nasar tərəfindən qələmə alınan 1998 tarixli tərcümeyi-halının və 2001-ci ildə çəkilən "Ağıl oyunları" filminin mövzusu olmuşdur. 1983 tikinti Wargames filminin də ana mövzusu oyun nəzəriyyəsi olmuşdur. Hər nə qədər bəzi oyun nəzəri təhlillər qərar nəzəriyyəsinə oxşar görülsələr də oyun nəzəriyyə işləri, oyunçuların qarşılıqlı təsir şəraitində olduğu bir şəraitdə verilən qərarlar üzərində çalışır. Başqa sözlə, oyun nəzəriyyəsi, hər bir seçimin xərcinin digər şəxslərin qərarlarına bağlı olduğu hallarda ən uyğun davranışın seçilməsini öyrənir.
"YAXŞI RİYAZİYYAT BİLMƏYƏN CƏMİYYƏTLƏRDƏ ƏDALƏT YOXDUR"!
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI