Sokratın Şagird Seçmə Metodu

0
3903
Sokratın Şagird Seçmə Metodu

Əxlaqi fəlsəfənin yaradıcısı hesab edilən antik yunan filosofu Sokrat şagirdlərini necə seçirdi?

Şagirdlərindən biri, Sokratdan soruşur:
-Bir günlük də olsa sizdən dərs ala bilmək üçün yanınıza gələn hər kəsə, niyə bir gölməçəyə baxıb nə gördüklərini soruşursunuz? Bu işin sagirdiniz olmaqla nə əlaqəsi var?
Sokrat, bu suala belə cavab verir:
-Bu bir imtahandır. Hovuzda balıqların üzdüklərini söyləyən hər kəsi yanıma qəbul edib, dərs verirəm. Amma hovuzda öz surətlərinin görünməsindən, öz əkslərindən başqa bir şey görə bilməyənlər, özlərinə vurğun insanlardır. Mənim onlara verə biləcəyim bir dərs ola bilməz.
 
***
 

Özünü bəyənmə hissi, inkişafı mane olar.

Herakl

Tərcümə edən: Cəlalə Yəhyalı

ŞƏRH YAZIN