Stiv Jobsun Liderlik Sirləri

0
3435
Stiv Jobsun Liderlik Sirləri

"Apple" qurucusu və əfsanə İcraçı Direktoru Stiv Jobs, son 10 ildə bazara çıxardığı ipod, ağıllı telefon iphone və tablet kompüter ipad ilə texnologiya dünyasını bir-birinə qatdı, sanki inqilab yaratdı.

"Apple" 1976-da evinin qarajında quran, 1985-də şirkətdən uzaqlaşdırılan, 1997-də geri qayıdıb "Apple" iflasdan xilas edən Stiv Jobs, mədəaltı vəzi xərçəngi səbəbindən öləndə "Apple" dünyanın ən qiymətli şirkəti halına gəlmişdi. Stiv Jobs musiqidən animasiya, nəşriyyatdan pərakəndə satışda əlini toxundurduğu hər bir sahədə dəyişiklik yaratdı.
 
Stiv Jobsun son iki ilində yanında olan və öz ağzından bioqrafiyasını yazan Valter İsaacson, indi də Jobsun idarəetmə sirlərini qələmə aldı. Valter İsaacson, bir çox adamın Stiv Jobsun həyatından "liderlik dərsləri" çıxarmağa çalışdığını ancaq o qədər də uğurlu olmadığını bildirərək, Jobsu uğura daşıyan xüsusiyyətləri Harvard Business Review jurnalı üçün 10 maddədə topladı. Isaacson, jurnaldakı kəşflərinə belə başladı:
 
"Məncə, Stiv Jobsun ən böyük xüsusiyyəti hər işə ürəyini qatmasıdır. Ehtirasını, yorğunluqunu və ifrat duyğusallığı məhsullarında birləşdirdi.Əhvalı ruhiyyəsi və səbirsizliyi mənəvi təkmillik doktrinasının tərkib hissəsi oldu. Son görüşlərimizdən birində niyə əməkdaşlarına qarşı sərt olduğunu soruşdum. Mənə, "Nəticələrə bir bax. Birlikdə çalışdığım hər kəs ağıllıdır. Razı olmasalar yaxşı bir vəziyyətdə başqa işə keçirlər. Amma etmirlər. Ortaya da ecazkar işlər çıxır - dedi. Ondan ilham alan sadiq iş yoldaşları həmişə yanında olub. O üzdən Stiv Jobsdan dərs çıxarmaq üçün, nələr etdiyinə baxmalıyıq. Bir dəfə yaratdığı ən vacib şeyin nə olduğunu soruşdum. İpad və ya Makintoş deməsini gözləyirdim. Cavabı bu oldu: "Apple şirkəti. Çünki dözümlü bir şirkət yaratmaq yaxşı bir məhsul ortaya qoymaqdan çox daha çətindir. Bəs bunu necə bacardı? Mənə görə müvəffəqiyyətinin 10 açarı var…"
 
DİQQƏTİNİ YÖNƏLT
1997-ci ildə Jobs "Apple" geri döndüyündə şirkət 12 müxtəlif tip Makintoş kompüter və çox sayda kompüterə aid məhsul istehsal etməklə məşğul idi. Stiv Jobs, ‘Bu dəlilik’ deyərək çılpaq ayaqları bir taxtaya doğru yeridi. Əlindəki qələmlə taxtaya, "İstehlakçı, Peşəkar, Stolüstü və portativ" yazdı. Onu izləyən əməkdaşlara hər başlıq üçün sadəcə bir kompüter istehsal etmələrini istədi. "Apple" yalnız 4 kompüterə istiqamətlənməyini təmin edərək şirkəti çətin günlərdən çıxardıb.
 
BAŞDAN SONA MƏSULİYYƏTLİ OL
Stiv Jobs bir nəzarət xəstəsidi. Apple asanlığı təmin etmək üçün təminat, təchizat və ətraf aləmlə inteqrasiya olmasına böyük həssaslıq göstərdi. Bir "Apple ekosistemi" yaratması, yəni bir Mac kompüterə bağlanan ipodun itunes proqramı istifadə etməsi, işləri yüngülləşdirdi, səhvləri azaltdı. İstifadəçi üçün ən başdan ən sona qədər məsuliyyət aldı : Yəni iphone-un içindəki ARM mikroprosessor çıxışından telefonu satan Apple dükanlarına qədər müştərinin hər təcrübəsini bir-birinə bağladı.
 
GERİDƏ QALSAN YETİŞMƏYƏ ÇALIŞMA, QURBAĞA KİMİ İRƏLİ SIÇRA
Yeni ideyaları hər zaman yenilikçi bir şirkət tapa bilməyə bilər. Amma özünü geridə tapdığı an sanki bir qurbağa kimi irəli sıçramasını da bilir. Stiv Jobs ilk iMac kompüteri düzətdiyi zaman musiqi məsələsində geridə qalmışdı. Şəxsi kompüteri olanlar musiqi yükləyib mübadilə edir, hətta CD-lərə yazırdı. Amma iMac CD yazmadığı üçün Jobs özünü axmaq kimi hiss edirdi. Bunun üzərinə iMac-ın CD  dəyişdirəcəyinə musiqi sənayesini çevriliş etməyə qərar verdi. Bazara təqdim etdiyi ipod cihazı və iTunes dükanıyla hər kəsin musiqi satın almasını, paylaşmasını və gizlətməsini asanlaşdırdı.
 
ƏVVƏL MƏHSUL GƏLSİN
1980- cı illərin əvvəlində Makintoşu hazırlayarkən komandasına "Qiyməti dərd etməyin, kompüterin qabiliyyətlərinə baxın" deyirdi.1983 - 1993 iilər arasında Apple-ı idarə edən Con Sculley isə marketinqə yönümlü idi və yeni layihə yerinə köhnəni yüksək vəziyyətinə gətirmə dərdində idi. Jobs işə geri qayıdanda dərhal innovativ məhsullar etməyə yönəlib. iMac, iPod, iPhone və iPad ard-arda gəldi. Jobs "Mənim güclü istəyim ecazkar məhsullar etmək üçün motivasiya olmuş insanların çalışdığı dayanıqlı bir şirkət yaratmaqdır. Digər hər şey ikinci planda idi. Qar düzəltmək təbii ki bir möcüzədir. Lakin motivasiya qar deyil, məhsullardır. Sculley prioriteti pul qazanmağa verib. Kiçik bir fərq kimi görünür, amma işə götürdüyünüz adamlar, iclasda danışdıqlarınız da buna bağlı deyirdi.
 
SORĞULARIN KÖLƏSİ OLMAYIN
Stiv Jobs bazar araşdırmalarını sevməzdi. ‘Müştərilər biz onlara göstərmədən nə istədiklərini bilməz’ deyirdi. Henri Fordun bu sözünü də sevirdi: "Müştəriyə nə istədiyini soruşsam, daha sürətli bir at tələb edirdilər. Müştərinin nə istədiyinə diqqət etməklə, daimi müştəriyə nə istədiyini soruşmaq fərqli şeylərdir. Bu instinkt və hiss tələb edir. Jobs bunun üçün "İşimiz hələ səhifədə yazılı olmayanları oxumaq deyərdi.
 
HƏQİQƏTİ ƏY VƏ BÜK
Stiv Jobs insanları sərhədlərinə qədər zorlaması ilə məşhur olmuşdu. Apple işçilərinə də mümkünsüz görünəni həyata keçirəcəkləri inancını yerləşdirmişdi. İclaslarda çalışanlara təhqir belə edərdi. Jobs buna belə şərh edir: "İllər ərzində öyrəndiyim şey bu: Həqiqətən, yaxşı işləyənlərin varsa, onlara uşaq kimi davranmağa ehtiyac yoxdur. Bu adamlardan qeyri-adi işlər gözlərsən, qeyri-adi şeylər də etdirə bilərsən . Qrupumuzdakı hər hansı birinə soruşun. Yaşadıqları əzab-əziyyətə dəydiyini deyəcəklər".
 
ÜZ-ÜZƏ GƏL
Rəqəmsal dünyada yaşasa da Stiv Jobs, təkbətək görüşlərə inanardı. Jobs "Elektron Poçt vasitəsilə fikir inkişaf etdirmək ideyasına yaxşı baxmırdı. Yaradıcılıq spontan iclaslarda, təsadüf mübahisələrdə doğur" deyərdi. Multiplikasiya şirkəti Pixar binasını da çalışanların daim qarşılaşacağı şəkildə tikdirdi: Qapılar, dəhlizlər, pilləkənlər bir həyətə açılır, poçt qutuları və kafe də burada yerləşirdi. Jobs təqdimatlardan da nifrət edərdi. Rəsmi bir gündəm olmadan fikirlərin havada uçduğu görüşlər keçirərdi.
 
HƏM BÜTÜN RƏSMİ GÖR, HƏM DƏ DETALLARI
Stiv Jobs həm böyük, həm də kiçik hər bir detalla məşğul olardı. Bəzi CEO-lar qabaqgörəndir, bəziləri "şeytan təfərrüatdı"deyir. Jobs hər ikisiydi. 2000-ci ildə fərdi kompüterin musiqi, video, foto üçün bir mərkəz olacağı ekranıyla iPod və iPadı çıxardı. Sonra 2010-da bu mərkəzi ‘buluda’ daşıma perspektivini ortaya qoydu. Amma bütün bunları hazırlayarkən iMacın vintlərinin rənginə də qarışırdı.
 
SOSİAL ELMLƏRİ  QARIŞDIR
Jobs "Özümü həmişə sosial elmlərə aid gördüm. Amma elektronikanı də həmişə sevdim. İkisinin kəsişdiyi nöqtədə dayanmağa qərar verdim" deyir. Yaradıcılığı texnologiyaya, sənəti mühəndisliyə inteqrasiya etməsi belə mümkün oldu. Ondan daha yaxşı texnologiya mütəxəssisləri və dizaynerlər varıydı, amma şeirlə prosedur aparanları o birləşdirməyi bacardı.
 
AC OL, DƏLİ OL!
1960-larda San Fransiskoda doğulan iki böyük sosial hərəkətdən təsirləndi. İlki hippilər  və müharibə əleyhdarı nümayişçilər. Bu da onu hakimiyyət əleyhinə bir insan etdi. İkincisi Silikon Vadisinin texnologiya və haker mədəniyyətiydi. Bunların üzərinə dalğınlıq və yoqa kimi şəxsi maarifçilik hərəkatları gəldi. Apple təşkilati bir şirkət olanda belə Jobs üsyankar və mədəniyyətə aid fikirlərini reklamlarında da istifadə edirdi. Hətta bir reklam çarxında özündən danışdı: "Başqalarının çılğın güman etdiyində biz dahi görürük. Çünki dünyanı dəyişdirməyi bacaranlar, dünyanı dəyişdirə biləcəyini düşünəcək qədər çılğın olanlardır".
 
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN