İş Həyatında Güvən Duyğusunu Necə Yaratmalı?

0
2164
İş Həyatında Güvən Duyğusunu Necə Yaratmalı?

Stiven Hokinq parlaq zəka sahibidir. Dünyanın ən öndə gələn fiziklərindən biri olaraq qəbul edilir. Ağır xəstəliyə baxmayaraq Hokinq aktiv həyat tərzi sürür, 2007-ci ildə o, hətta xüsusi hazırlanmış kostyumda çəkisizlik şəraitində uçuş həyata keçirir. Bu gün elmin yaxın gələcəkdəki inkişafı müəyyən dərəcədə məhz  fiziki cəhətdən məhdudiyyətləri olan və köməyə ehtiyac duyan bu insandan asılıdır. Hazırda tamamı ilə hərəkət qabiliyyətini itirən Stiven Hokinq bu gün miqyasına görə heç bir analoqu olmayan COSMOS layihəsi üzərində çalışır. Bu proqram Britaniya kosmoloji tədqiqatlarının başlıca nüvəsini formalaşdırmalıdır. Onun həyatı haqqında maraqlı məlumatları sizə təqdim edirik:
- Məktəbdə aşağı qiymət alardı: Məktəb illərində Hokinqin tənbəl biri olduğunu öyrənmək, bir çoxumuza təəccüblü gələ bilər. 9 yaşında olanda qiymətləri sinfin ən aşağı qiymətləri arasında idi. Düzdür, sonralar bir az çalışaraq qiymətlərini orta səviyyəyə çatdırdı, lakin heç vaxt əla olmadı. Bununla yanaşı çox erkən yaşlardan etibarən ətrafındakı əşyaların necə işləməsi ona maraqlı gəlirdi. Ləqəbinin "Eynşteyn" olduğuna baxsaq, aşağı qiymətlərə baxmayaraq ətrafı onun gələcəyin dahisi olduğunu anlamış kimi görünürdü. Sonrakı yaşlarında Oxford Universiteti təqaüd imtahanlarında yüksək bal alaraq universitetdə oxumağa başladı.
- Biologiyanı sevmirdi: Stiven Hokinq kiçik yaşlarından bəri fizika və riyaziyyatı sevirdi. Hokinqə biologiya maraqlı gəlmirdi. Biologiyanın “naməlum və əzbərçi" elm olduğunu bildirirdi.
- Oxfordun kürəkçəkmə komandasında idi: Hokinqi yaşadığı yalnızlıq və bədbəxtlikdən qurtaran yeganə şey kürəkçəkmə komandasına daxil olması idi. Fiziki problemlərə səbəb olan xəstəliyinin dioqnozu qoyulmamışdan qabaq belə Hokinq çox da iri bir insan deyildi. Kürəkçəkmə komandasında sükan hissədə əyləşərdi. Belə iri olmayan insanlar  kürək çəkməyib yön ve sürət barədə məlumat verirlər. Kürəkçəkmə komandası Hokinqin məşhurlaşmasına səbəb oldu. Bu isə onun dərslərinə çalışmaqda məneə oldu. Çünki həftədə 6 dəfə nahardan sonra bu işlə məşğul idi.  Bu gərgin tempoda Hokinq işin asanına qaçaraq labaratoriya hesabatlarını hazırlamaq üçün "yaradıcı analizlər" istifadə elədi. 
- 21 yaşında olanda bir neçə il ömrü qaldığını demişdilər: O zamanlar yüksək lisenziya şagirdi olan Hokinq yavaş-yavaş səndələməyə başlayırdı və özünü idarə etmədə çətinliklər yaşayırdı. Hər hansı bir narahatçılığının olub-olmamasını öyrənmək üçün xəstəxanada bir sıra testlərdən keçdi. Ona amyotrofik lateral skleroz (ALS) diaqnozu qoyuldu. ALS  xəstələrin əzələ idarəsini itirmələrinə səbəb olan nevroloji bir xəstəlikdir. Həkimlər ona bir neçə il ömrü qaldığını söylədilər.
- Sərhədsiz Kainat Nəzəriyyəsinin yaradılmasında iştirak etdi: Hokinqin başlıca müvəffəqiyyətlərindən biri 1983-cü ildə kainatın sərhədlərinin olmadığı nəzəriyyəsini söyləməsi idi. Hokinq və Hartl kainatın şəkli və təbiətini anlamaq məqsədiylə, kvant mexanikası və ümumi nisbilik anlayışlarını birləşdirərək kainatın əhatə olunan bir yaradılış olduğunu, ancaq yenə də sərhədləri olmadığını bildirdilər.
- Saysız mükafat və medal almışdır: Fizikadakı uzun karyerası ərzində Hokinq inanılmaz təsiredici mükafatlar və nişanlar seriyası qazanmışdır. Kral Dərnəyi üzvlüyünə qəbul edildi, Elm Qızıl Medalı ilə təltif edilib, Albert Eynşteyn Mükafatı və Hughes medalını aldı. Cambridge Universitetindən "Lucasian Riyaziyyat Professoru" ünvanı aldı. Bu qədər mükafata baxmayaraq hələ Nobel Mükafatını almaması inanılmazdır.
- Uşaq kitabları müəllifidir: Hokinqin keçmişində ən gözlənilməz xüsusiyyətlərindən biri şübhəsiz ki, uşaq kitabı müəllifi olmasıdır. 2007-ci ildə qızı Lucy ilə birgə " Georgo-nun Kainata Açılan gizli açarı "kitabını yazdılar. Seriyanın ikinci kitabı 2009-ci ildə "Georgo-nun Kosmik Xəzinə Ovu" adıyla nəşr olundu.
- 2007-ci ildə 65 yaşında olanda Hokinq həyatının ən böyük səyahətini elədi. Zero Gravity A.Ş. sayəsində yer çəkiminin olmadığı mühitdə müstəqil formada havada dayana bildi. Hokinq qlobal istiləşmə və nüvə müharibələri ucbatından insan irqinin gələcəyinin, əgər uzun bir gələcək olacaqsa, kosmosda olacağını bildirmişdir.
- Qara dəliklər üzərində qoyduğu bir iddianı itirdi: 2004-ci ildə Hokinq qara dəliklərlə əlaqədar 1997-ci ildə girdiyi bir iddianı elm insanı dostlarının qazandığını və özünün yanıldığını etiraf etdi. Hokinq yanıldığını etiraf edə biləcək qədər centlmen bir insan idi.

 

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN