Stiven Kinqin Uğur Hekayəsi

0
3123
Stiven Kinqin Uğur Hekayəsi

Çağdaş dünya ədəbiyyatının populyar imzalarından biri olan Stiven Edvin Kinq 1947-ci ildə ABŞ-ın Men ştatında doğulub. On səkkiz hekayədən ibarət ilk kitabı on altı yaşında nəşr edilən Kinq bir-birinin ardınca yazdığı əsərdən sonra məşhurlaşaraq, naşirlərin və oxucuların diqqətini çəkən peşəkar yazıçı kimi qəbul olunub. “Şouşenkdən qaçış” (1994), “Yaşıl mil” (1996) romanlarına çəkilən filmlərdən 40 milyon dollar qazanan, ABŞ ədəbiyyat sahəsində ən nüfuzlu mükafata layiq görülən Stiven Kinq bu gün dünya oxucusunun və tamaşaçısının maraqla izlədiyi qələm sahibidir. Öz dəhşət janrlı romanları ilə məşhur olan ABŞ-lı yazıçı uğur qazanmağının sirrini belə açıqlayır.

Sevdiyiniz işlə məşğul olun.

Unutmayın ki, təcrübə həyatın ən yaxşı müəllimidir.

Hər bir işə ciddi yanaşın.

Skeptiklərə önəm verməyin.

Daima öz üzərinizdə işləyin.

Məntiqli olun.

Digər insanların işini öyrənin.

Bazar haqqında biliklər əldə edin.

Hər zaman yeni ideyalar axtarışında olun.

Dinamik və yenilikçi olun.

Ən qısa zamanda planlarınızın siyahısını hazırlayın.

Lazımsız məlumatları və fikirləri özünüzdən uzaqlaşdırın.

Pul xatirinə işləməyin.

Gördüyünüz işdən zövq alın.

Sizin daxili aləminizi zənginləşdirəcək və ətrafdakı insanlar üçün faydalı olacaq bir işlə məşğul olmağı qarşınıza məqsəd qoyun.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN